. Love.az

Pifiya Oyunlari - Wikipedia - Love.az

Ana Səhifə - Pifiya Oyunlari

Pifiya oyunları (q.yun. Πύθια) — Olimpiyadadan sonra ikinci yeri tutan və dörd ildən bir Delfidə keçirilən dörd ümumellin aqondan biri. Onlar ilan Pifonun qalibi kimi Apollonun şərəfinə keçirilirdi.[1]

İncəsənət müsabiqələrinin keçirildiyi Delfi amfiteatrı.

Tarixi

redaktə

Rəqabət prinsipi qədim Yunanıstan cəmiyyətində böyük rol oynayırdı və yunanların bir çox fəaliyyət sahələrinə – siyasətə, ticarətə, idmana, incəsənətə və dinə nüfuz etmişdir. Ellinlərin milli özünüdərkini gücləndirməyə kömək edən aqonlarxüsusi əhəmiyyət kəsb edirdi. Barbarlara ümumellin oyunlarında iştirak etmək qəti qadağan edilmişdi.[2][3]

Pifiya oyunları günəş işığı, harmoniya tanrısı, incəsənətin və muzaların hamisi Zevsin vəsiyyətini insanlara elan edən Apollonun şərəfinə keçirilirdi.[4] Miflərə görə, bu oyunları Apollonun özü Pifon əjdahası üzərində qələbəsi şərəfinə təsis etmişdir.[5] Qələbədən sonra Apollonun adına "Pifiya" epiteti əlavə edilmiş və onun Delfidəki məbədinin kahini Pifiya adını almışdır.[6]

İstinadlar

redaktə
  1. ↑ "Пифийские игры". megabook.ru. 2017-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-14.
  2. ↑ Гаспаров Михаил. [www.gumer.info/bibliotek_Buks/History/Gasparov/_01.php "Занимательная Греция"] (#bad_url). gumer.info. İstifadə tarixi: 2017-7-14.
  3. ↑ А.Б. Шарнина. "Пифийские игры в межполисных отношениях и особенности Дельфийской автономии". centant.spbu.ru. 2017-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-7-14.
  4. ↑ Ф. Любкер. Аполлон // Реальный словарь классических древностей. 2014-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-14.
  5. ↑ "Праздники Древней Греции". greekroman.ru. 2017-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-7-14.
  6. ↑ "Пифийские игры". simposium.ru. 2018-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-14.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Pifiya_oyunları&oldid=7914111"
LOVE.AZ