Pirlər — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd.[1] 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xocalı rayonunun Xramort kənd inzibati ərazi vahidi tərkibindəki Xramort kəndi Pirlər kəndi, Xramort kənd inzibati ərazi vahidi Pirlər kənd inzibati ərazi vahidi adlandırılmışdır.[2] İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pirlər kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Pirlər | |
---|---|
39°59′27″ şm. e. 46°50′11″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 575 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Oykonim Xram (yarğan) və art (arxa tərəf, aşırım) komponentlərindən düzəlib, "yarğanın arxa tərəfi" deməkdir.[3]
1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.
Kənd dağ ətəyi ərazidə yerləşir.
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Pirlər kəndinin əhalisi 403 nəfər təşkil edirdi[4].
Xocalı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |