. Love.az

Podolski Tovtri Milli Parki - Wikipedia - Love.az

Ana Səhifə - Podolski Tovtri Milli Parki

Podolski Tovtrı Milli Təbiət Parkı (ukr. Національний природний парк «Подільські Товтри») — Ukraynanın Xmelnitski vilayətində yerləşən milli park. Milli park Kamenes-Podolski, Çemeroveski və Qorodokski rayonlarının ərazisinə daxildir. Podolski Tovtrı Milli Parkı 2008-ci ildə Ukraynanın 7 Təbiət möcüzəsindən biri seçilmişdir. 13 iyul 2017-ci ildə milli park UNESKO-nun Ümumdünya irsinə daxil edilmişdir. Park ərazisində Avropanın və Karpatların nadir fıstıq meşələri qorunur.[1]

Podolski Tovtrı Milli Parkı
ukr. Подільські Товтри
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 261 316 ha
Yaradılma tarixi 27 yanvar 1996
Çay Dnestr
Yerləşməsi
48°45′ şm. e. 26°23′ ş. u.HGYO
Ölkə  Ukrayna
Vilayət Xmelnitski vilayəti
tovtry.com
Podolski Tovtrı Milli Parkı xəritədə
Podolski Tovtrı Milli Parkı
Podolski Tovtrı Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Ümumi məlumat
  • 3 Fiziki coğrafi xarakteriskası
  • 4 Geoloji quruluşu
  • 5 Flora və faunası
  • 6 Ədəbiyyat
  • 7 Xarici keçidlər
  • 8 İstinadlar

Tarixi

redaktə

Milli park 27 iyun 1996-cı ildə Ukrayna prezidentinin qərarı ilə yaradılmışdır. Məqsəd təbi landşaftı və tarixi-mədəni komplekslərin qorunması, elcə də estetik, elmi və sağlamlıq istiqamətlərdə istifadə idi.

Ümumi məlumat

redaktə

Milli parkın ümumi sahəsi — 261 316 hektardır. Parka məxsus ərazi isə 1300 hektardır. Sahəsinə görə bu ərazi Ukraynada ən böyük hesab olunur. Park ərazisində həm təbii, həm də insan əli ilə yaradılmış təkrarolunmaz komplekslər mövcuddur. Bu ərazi həm turizmin, həm də sağlamlıq baxımdan önəmlidir. Milli park ərazisində 129 qorunan təbii obyekt var. 19 arxeloji, 300 tarixi-memarlıq abidələri mövcuddur.

Fiziki coğrafi xarakteriskası

redaktə

Milli park ərazisi iki fiziki-coğrafi zonada yerləşir: Qərbi-Podolski vilayəti (fiziki-coğrafi rayonlar - Toltrov və Qərbi-Podolski Pridnestrovsko) və Prednestrovsko-Podolski meşə-çöl vilayəti (Moqilevski yüksəkliyi).

Geoloji quruluşu

redaktə

Parkın ərazisi geoloji baxımdan Şərqi Avropa platformasının Podolski kristallik çıxıntısına uyğun gəlir. Ərazidə kembiriyə qədər, paleozoyun (kembri, ordovik, silur), mezozoy (təbaşir), kaynozoy (neogen) və antropogen mənşəli süxurlara rast gəlinir.

Flora və faunası

redaktə

Ukrayna Qırmızı kitabına 60 növ bitki və 85 növ heyvan (14 - məməli, 26- quş və 45 - həşərat) daxil edilib.

Ədəbiyyat

redaktə
  • Горный энциклопедический словарь : в 3 т / под ред. В. С. Билецкого. — Д.  : Восточный издательский дом, 2001—2004.

Xarici keçidlər

redaktə
  • Сайт Национального природного парка «Подольские Товтры»
  • Товтра «Кармелюковая гора» Arxivləşdirilib 2019-06-19 at the Wayback Machine

İstinadlar

redaktə


  1. ↑ Букові ліси на Львівщині стали світовим надбанням ЮНЕСКО Arxivləşdirilib 2017-07-16 at the Wayback Machine tvoemisto.tv, 14.07.2017
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Podolski_Tovtrı_Milli_Parkı&oldid=8012045"
LOVE.AZ