. Love.az

Port O Prens - Wikipedia - Love.az

Ana Səhifə - Port O Prens

Port-o-Prens (fr. Port-au-Prince) — Haiti Respublikasının paytaxtı və əsas xarici ticarət limanı. Karib dənizinin Qonaiv körfəzindəki Haiti adasının cənub sahilində yerləşir.

Port-o-Prens
Pòtoprens
Gerb
Gerb
18°32′33″ şm. e. 72°20′19″ q. u.HGYO
Ölkə
  •  Haiti[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub 1749
Sahəsi
  • 36.040.000 m²
Mərkəzin hündürlüyü 98 m
Saat qurşağı
  • UTC−05:00
Əhalisi
Əhalisi
  • 987.310 nəf. (2015)
Rəsmi dili
  • fransız dili,
  • Haiti kreol dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi HT6110
Digər
portauprince.ht
Xəritəni göstər/gizlə
Port-o-Prens xəritədə
Port-o-Prens
Port-o-Prens
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Port-o-Prens şəhəri
Port-o-Prens şəhəri xəritədə

Diqqəti çəkən yerləri

redaktə

Şəhərdə şəkər zavodları, spirtli içki, tütün, yüngül sənaye və sement istehsal müəssisələri vardır. Milli Universitet, Haiti xalqları Muzeyi, Milli Muzey, Təsviri mərkəz muzeyi vardır.

Əhalisi

redaktə

Port-o-Prensdə 1 milyon əhali yaşayır. Etnik cəhətcə tərkibi: 90% zəncilər, 9% — mulatlar. Az sayda ( 5 min nəfər) Avropa xalqlarının nümayəndələri də yaşayır.

İki dövlət dili vardır: fransız dili və Haiti kreol dili (fransız dili əsasında ispan və ingilis dili qarışığı).

Rəsmi din katolik dinidir. Əslində ada sakinləri sinkretik afroxristian vudu inancına bağlıdırlar. Vudu Haitinin 1977-ci il Konstitusiyası ilə rəsmi din statusu almışdır. Son dövrlərdə ABŞ-dən olan rahiblər radiostansiya yaradaraq protestant dinin yayılmasına nail olurlar.

İstinadlar

redaktə
  1. ↑ 1 2 ArchINFORM (alm.). 1994.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Port-o-Prens&oldid=7957652"
LOVE.AZ