. Love.az

Port Of Speyn - Wikipedia - Love.az

Ana Səhifə - Port Of Speyn


Port of Speyn (ing. Port of Spain) — Trinidad və Tobaqonun paytaxtı, ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi.

Port-of-Speyn
Port of Spain
Gerb
Gerb
10°40′ şm. e. 61°31′ q. u.HGYO
Ölkə
  •  Trinidad və Tobaqo[1]
Tarixi və coğrafiyası
Sahəsi
  • 12 km²
Mərkəzin hündürlüyü 3 ± 1 m
Saat qurşağı
  • UTC−04:00
Əhalisi
Əhalisi
  • 37.074 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi 500234
Digər
pos.gov.tt
Xəritəni göstər/gizlə
Port-of-Speyn xəritədə
Port-of-Speyn
Port-of-Speyn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Coğrafiyası
  • 3 Əhalisi
  • 4 Dil
  • 5 Din
  • 6 Xarici keçidlər

Tarixi

redaktə

Port of Speyn şəhərinin əsası XVI əsrdə ispan işğalçıları tərəfindən qədim hindulara məxsus Konkerabiya adlanan yaşayış məskəninin yerində qoyulmuşdur. 1783-1796-cı illərdə Konkerabiya Trinidad adasında ispan müstəmləkə idarəçiliyinin inzibati mərkəzi olmuşdur. Şəhər yeni - Port of Speyn adını (ingiliscə tərcümədə "ispan limanı") 1797-ci ildə bu əraziyə ingilis mülkü də birləşdirildikdən sonra almışdır.

Coğrafiyası

redaktə

Port of Speyn şəhəri kiçik Antil adaları qrupuna daxil olan Trinidad adasının şimal-qərbində, Karib dənizinin Pariya körfəzində yerləşir. Paytaxtın hava şəraiti rütubətli və isti subekvatorial iqlimin təsiri ilə formalaşır. Orta illik yağıntının miqdarı 1910 mm-ə çatır. Havanın orta temperaturu yanvar ayında +26°S-yə, iyul ayında isə +27°S-yə yaxındır. Quraqlıq mövsümü yanvar ayından may ayına qədər davam edir.

Əhalisi

redaktə

Əhalisi 50 min nəfərdir (2010). Paytaxtın etnik çoxluğu — zəncilər, kreollar və hind-pakistanlılardır. Şəhərdə həmçinin az sayda çinlilər və avropalılar yaşayırlar.

Dil

redaktə

Dövlət dili ingilis dilidir. Həmçinin ispan, hind və patua dilləri də yayılıb.

Din

redaktə

Əhalinin əksər hissəsi – 70 %-i xristaianlardır (katolik və protestantlar); induizm və buddizm tərəfdarları da vardır.

Xarici keçidlər

redaktə
  • cityofportofspain.org.tt — rəsmi saytı
   Trinidad və Tobaqo ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
  1. ↑ 1 2 ArchINFORM (alm.). 1994.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Port-of-Speyn&oldid=5914506"
LOVE.AZ