Povodimovo[2] (erz. Орозбие) — Rusiya Federasiyası, Mordoviya Respublikası, Dubyonki rayonu ərazisində yerləşən kənd. Povodimovo inzibati vahidliyinin mərkəzidir.
Povodimovo | |
---|---|
54°27′36″ şm. e. 46°18′36″ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 431774 |
Xəritəni göstər/gizlə
| |
![]() |
Kənd Çeberçinku çayına tökülən Poşk Selme, Portmarley və Emay Erke çayları arasında yerləşir. Rayon mərkəzindən 4 km aralıda yerləşir. Ardatov dəmiryolu stansiyası ilə arasında məsafə isə 20 km-dir. Şərqində Çinyanovo kəndi, cənub-şərqində Krasnaya Luqa kəndi, cənubunda isə Dubyonki rayonunun mərkəzi olan eyni adlı qəsəbə yerləşir. Çinyanovo kəndi ilə Lenin küçəsi ilə birləşir.
Ad bir antroponimdir.
Kənd XVIII əsrdə salınmışdır. Əhalisi tarixən tikmə, döşəmə, digər toxunma məhsulları istehsalı ilə məşğul olmuşdur. 1870-ci ildə kənddə qarışıq ictimai məktəb açılmışdır. 1930-cu ildə kənddə kolxoz təşkil edilmişdir.
Müasir dövrdə kənddə orta məktəb, internat-məktəbi, 4 kitabxana, idman klubu, veteranlar üçün internat evi, uşaq bağçası, tibb məntəqəsi, rabitə qovşağı, kafe, 5 mağaza, raypromkombinat, 2 dəyirman fəaliyyət göstərir.
2001-ci il Ümumrusiya siyahıya alınmasına kənddə 2581 nəfər yaşamışdır. Əhalinin hamısı erzyan əsilli olmuşdur. 2010-cı il məlumatına görə isə kənddə 2327 nəfər yaşayır.