. Love.az

Prunus Laurocerasus - Wikipedia - Love.az

Ana Səhifə - Prunus Laurocerasus

Prunus laurocerasus (lat. Prunus laurocerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2. Azərbaycanın nadir növüdür.

Prunus laurocerasus
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Gülçiçəklilər
Fəsilə:
Gülçiçəyikimilər
Yarımfəsilə:
Gavalıkimilər
Triba:
Amygdaleae
Cins:
Gavalı
Növ:
Prunus laurocerasus
Beynəlxalq elmi adı
  • Prunus laurocerasus L., 1753[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  24786
NCBI  32242
EOL  628559

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Ümumi yayılması
  • 4 Azərbaycanda yayılması
  • 5 Sayı və tendensiyası
  • 6 Məhdudlaşdırıcı amillər
  • 7 Mühafizə tədbirləri
  • 8 Zəruri qoruma tədbirləri
  • 9 Sinonimlər
  • 10 İstinadlar
  • 11 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

Həmişəyaşıl kol və ya ağacdır. Hündürlüyü 5-6 (10) m-dir. Yarpaqları dərivari, uzunsov-ellipsşəkilli, 5-20 sm uzunluğunda, tamkənarlı və ya az hallarda seyrəkdişlidir, üst tərəfdən parıldayan tünd-yaşıl, alt tərəfdən bir qədər solğundur. Çiçəkləri ikicinsli, beşüzvlüdür, ağırdır, sıx çiçək salxımları qrupuna toplanmışdır, kasayarpaqcıqları sivridir, ləçəkləri tərs-yumurtavaridir, 3mm-ə qədər uzunluqdadır; erkəkcikləri 20 ədəddir, yumurtalıq oturaqdır, sadə sütuncuqludur. Meyvələri dəyirmi-yumurtavari, çəyirdəklidir, yetişəndə qaradır, çəyirdəyi hamar, yumurtavaridir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Aprel-may aylarında çiçəkləyir. Sentyabr ayında meyvə verir. Tozlanması entomofildir. Toxumla və vegetativ üsulla çoxaldılır. Mezofitdir, xüsusən quraqlıq rayonlarda kölgəyə davamlı, işıqsevən, rütubətə və torpağa tələbkardır. Aşağı və orta dağ qurşaqlarında, sıldırım dağ yamaclarında, təpəciklərdə, bəzən isə dəniz səviyyəsindən 2200–2300 m yüksəkliyədək olan yerlərdə, əsasən palıd, vələs və digər tipli meşələrdə meşəaltı cins kimi bitir. Dekorativ bitkidir. Oduncağı bərk, rəngi açıq-sarı, mərkəz hissəsi tünd-çəhrayıdır, yaxşı cilalanır, gözəl rəngə və yüksək texniki xüsusiyyətə malikdir. Meyvəsi yeməlidir. Qabığı, tumurcuğu və toxumu zəhərlidir, tərkibində sianid turşusu vardır.

Ümumi yayılması

redaktə

Balkan yarımadası, Kiçik Asiya və İranda təbii arealları vardır.

Azərbaycanda yayılması

redaktə

Astara, Balakən rayonları ərazilərində təbii halda yayılmışdır.

Lənkəran ovalığı (Astara şəhərinin ətrafında), Böyük Qafqazın qərb hissəsi (Balakən rayonu Mazım çayının sol sahili). Hirkan Milli Parkının Aşağı Hıron kəndi yaxınlığında, dəniz səviyyəsindən 296 m yüksəklikdədir.

Sayı və tendensiyası

redaktə

Antropogen amillər populyasiyanın azalmasını sürətləndirir.

Məhdudlaşdırıcı amillər

redaktə

Populyasiyanın sayının azlığı və antropogen amillər. 

Mühafizə tədbirləri

redaktə

Zaqatala Dövlət Təbiət Qoruğunda və Hirkan Milli Parkında mühafizə olunur. 

Zəruri qoruma tədbirləri

redaktə

Yeni yasaqlıqların yaradılması vacibdir.

Sinonimlər

redaktə
  • Cerasus laurocerasus Lois.
  • Laurocerasus officinalis
  • Laurocerasus vulgaris Carr.
  • Padus laurocerasus Mill.

İstinadlar

redaktə
  1. ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 474.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Prunus_laurocerasus&oldid=7361453"
LOVE.AZ