PwC kimi tanınan PricewaterhouseCoopers,[1] Londonda (Birləşmiş Krallıq) yerləşən transmilli peşəkar xidmətlər şəbəkəsidir. O, dünyada ikinci ən böyük peşəkar xidmətlər şəbəkəsidir[2] və Deloitte, EY və KPMG ilə birlikdə Böyük Dördlük mühasibat şirkətlərindən biridir.[3] PwC şəbəkəsi, məhdud məsuliyyətli ingilis özəl şirkəti PricewaterhouseCoopers International Limited tərəfindən nəzarət edilir.[4][5]
PwC | |
---|---|
![]() | |
| |
Ümumi məlumatlar | |
Sənaye | Peşəkar xidmətlər |
Təsis tarixi |
1998 (PricewaterhouseCoopers) 1849 (Price Waterhouse) 1854 (Coopers & Lybrand)[1] |
Baş qərargahın yeri | London, İngiltərə |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | 55.4 milyard ABŞ $ (2024)[2] |
Struktur | |
İşçi sayı | 370,000 (2024)[2] |
Rəhbərlik | |
Təsisçilər |
Samuel Lowell Price Edwin Waterhouse William Cooper (mühasib) Robert Hiester Montgomery |
Rəhbərlik | Mohamed Kande (sədr)[3] |
pwc.com | |
![]() |
PwC şirkətlərinin 370.000 nəfər əməkdaşı 140 ölkədə fəaliyyət göstərir. 2019-cu il tarixinə olan məlumata əsasən, əmək qüvvəsinin 26% Amerikada, 26% Asiyada, 32% Qərbi Avropada və 5% Yaxın Şərq və Afrikada cəlb olunub.[6] 2022-ci maliyyə ilində şirkətin qlobal gəlirləri 50,3 milyard ABŞ dolları təşkil etmişdir ki, bunun da 18,0 milyard dolları Təhlükəsizliyin təminatı xidməti (praktikası), 11,6 milyard dolları Vergi və Hüquq xidmətləri və 20,7 milyard dolları Məsləhətçilik xidmətləri hesabına əldə edilmişdir.[7] Şirkət 1998-ci ildə iki mühasibat şirkəti olan Coopers & Lybrand və Price Waterhouse sirkətlərinin birləşməsi nəticəsində yaradılmışdır. Hər iki şirkətin yaranma tarixi XIX əsrə gedib çıxır. PricewaterhouseCoopers şəbəkəsinin adı Ticarət nişanı və rebrendinq səylərinin bir hissəsi olaraq 2010-cu ilin sentyabrında PwC olaraq qısaldılır.[8] 2025-ci ilin aprelində PwC doqquz Afrika ölkəsindəki fəaliyyətini dayandırır.[9]
Şirkət bir sıra korrupsiya mübahisələrinə və kriminal qalmaqallara cəlb olunub. Şirkət dəfələrlə vergidən yayınma və vergilərin optimallaşdırılması (minimallaşdırılması) təcrübələrində (praktikalarında) iştirak edib. Şirkət auditin əsas standartlarına cavab verməyən auditlərinin fəaliyyətinə görə tənzimləyici orqanlar tərəfindən tez-tez cərimələnib. Rusiyanın Ukraynadakı müharibəsi zamanı PwC rusiyalı oliqarxlara öz sərvətlərini gizlətməkdə köməklik göstərib və Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar onlara tətbiq edilən qlobal sanksiyalardan qacmağa yardımçı olmuşdur.[10][11]