. Love.az

Qijikimiler - Wikipedia - Love.az

Ana Səhifə - Qijikimiler

Qıjıkimilər (lat. Pteridophyta) — bitki şöbəsi.[2]

Qıjıkimilər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Ranqsız:
Yaşıl bitkilər
Şöbə:
Qıjıkimilər
Beynəlxalq elmi adı
  • Pteridophyta Schimp., 1879[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  564826
FW  54828

Mündəricat

  • 1 Qıjıkimilərin əlamətləri
  • 2 Qıjıkimilərin müxtəlifliyi
  • 3 Qıjılar
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Qıjıkimilərin əlamətləri

redaktə

Qıjıkimilər ali sporlu bitkilərdir. Mamırlardan fərqli olaraq, qıjıkimilərin gövdə və yarpaqdan başqa inkişaf etmiş kökləri də olur. Onlar sporlar vasitəsilə çoxalır. Mayalanma prosesi, mamırlardakı kimi, suyun iştirakı ilə gedir.

Qıjıkimilərin müxtəlifliyi

redaktə

Qıjıkimilərə qıjılar, qatırquyruğuları və plaunlar aiddir. Qədim bitkilər olan qıjıkimilərə rütubətli və kölgəli yerlərdə,xüsusən meşə örtüyü altında rast gəlinir.Əksəriyyətinin gövdəsi otşəkillidir,lakin tropik Asiya,Avstraliya,Mərkəzi və Cənubi Amerika kimi zonalarda bəzi ağacşəkilli formalara da təsadüf edilir.Qıjıkimilər arasında lianlara da rast gəlinir.

Qıjılar

redaktə

Qıjıların bədən ölçüləri bir neçə mm-dən bir neçə metrə qədər olur.Geniş yayılmış nümayəndəsi olan erkək qıjı çoxillik bitkidir,yerüstü gövdəsi olmur.Yeraltı gövdəsi kökümsovdur.Kökümsovlardan əlavə köklər və yerüstü yarpaqlar çıxır.Erkək qıjının cavan yarpaqlarının ucları spiralvari burulur və zoğ kimi uc hissədən böyüyür.

İstinadlar

redaktə
  1. ↑ Reveal J. L. A checklist of familial and suprafamilial names for extant vascular plants (ing.). // Phytotaxa Magnolia Press, 2010. Vol. 6, Iss. 1. P. 132. ISSN 1179-3155; 1179-3163 doi:10.11646/PHYTOTAXA.6.1.1
  2. ↑ Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qıjıkimilər&oldid=7863081"
LOVE.AZ