. Love.az

Qirmizi Kuknar - Wikipedia - Love.az

Ana Səhifə - Qirmizi Kuknar

Qırmızı küknar (lat. Picea rubens) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.

Qırmızı küknar
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Piceoideae
Cins:
Küknar
Növ:
Qırmızı küknar
Beynəlxalq elmi adı
  • Picea rubens Sarg., 1898
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  18034
NCBI  3333
EOL  1033620

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Sinonimləri
    • 2.1 Heterotipik sinonimləri
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Vətəni Şimali Amerikanın şimal-şərqidir. Burada iynəyarpaqlı-enliyarpaqlı məşələrdə, təmiz və ya qarışıq əkinlərdə, bataqlıqlarda və dağlarda bitir. Dağlarda 1000–1800 m-dək qalxır. Avropada 1875-ci ildən becərilir. Hündürlüyü 20–36 m-ə gövdəsinin diametri 60-135 sm-ə çatan, sıx, konusvarı çətirli alçaqboylu ağacdır. Qabığı yarıqlı, bozumtul və ya qırmızımtıl-qonurdur. Gövdəsi qırmızı-qonur qabıqla örtülmüşdür. Zoğları qırmızı-qonur və ya narıncı, parlaq, hamar, sıx, zərif tükcüklüdür. Tumurcuqların uzunluğu 5 mm-ə çatıb, şabalıdı-qonur, ucu biz-yumurtavarı, bir az qatranlı, üst qabıqları uzunsov, bünövrəsi parlaq qırmızıdır. İynəyarpaqların uzunluğu 10–15 mm, eni 1 mm-ə qədər, parlaq yaşıl, ancaq göyümtül deyil, oraqvarı, yuxarı istiqamətlənmiş, cod iynəli, ucu çox vaxt küt, dördtərəfli, hər iki tərəfdən 1-2 məsaməli xətlidir. Zoğları üstdən çox iynəyarpaqlı, alt tərəfdən isə iynəyarpaqları azdır, sürtüldükdə iynəyarpaqlarından xoş meyvə ətri gəlir. Qozaları qısa zoğlarda tək sallanır, bütövlükdə çoxsaylı, uzunluğu 3-5 sm-ə, qalınlığı 1,5-2 sm-ə çatan, yumurtavarı-oval, qatranlı, əvvəlcə yaşılımtıl-bənövşəyi, sonradan qırmızı-qonur rəng alır. Toxum qabıqlarının uzunluğu 13 mm-ə qədər, yumurtavarı, yumru, qabarıq, cod, zolaqlı, qısa tükcüklü, kənarları bütöv, bəzən zəif, xırda dişli, içəridən tünd-qırmızıdır. Kənar qabıqları çox xırda, uzunsov-yumrudur. Toxumların uzunluğu 3 mm-ə qədər olub, qaramtıl və ya boz-qonur rənglidir. 350-400 (450-500) ilədək yaşayır.

Çox dekorativdir. Tək əkinlərdə istifadəsi məqsədəuyğundur. Yuxarı zoğlarını sıx örtən tünd-yaşıl iynəyarpaqların fonunda çoxsaylı, qırmızı, xırda qozaları və qırmızı-qonur gövdəsi ağaca xüsusi bəzək verir. Abşeronda, Qəbələdə yaşıllaşdırmada rast gəlinir.

Sinonimləri

redaktə

Heterotipik sinonimləri

redaktə
  • Abies americana K.Koch
  • Abies rubra (Du Roi) Poir.
  • Picea acutissima (Münchh.) J.G.Jack
  • Picea americana Suringar
  • Picea australis Small
  • Picea nigra var. rubra (Du Roi) Engelm.
  • Picea rubens f. virgata Fernald & Weath.
  • Picea rubra (Du Roi) Link
  • Picea rubra var. pendula Carrière
  • Picea rubra var. pusilla Peck
  • Picea rubra var. virgata (Rehder) Rehder
  • Picea rubra f. virgata Rehder
  • Pinus acutissima Münchh.
  • Pinus americana Gaertn.
  • Pinus canadensis var. rubescens Weston
  • Pinus mariana var. rubra Du Roi
  • Pinus rubra (Du Roi) D.Don
  • Pinus rubra var. violacea Endl.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qırmızı_küknar&oldid=8117373"
LOVE.AZ