. Love.az

Qizilehmed Almasi - Wikipedia - Love.az

Ana Səhifə - Qizilehmed Almasi
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. (aprel 2024)

Qızıləhməd alması (lat. Malus niedzwetzkyana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.

Qızıləhməd alması
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Gülçiçəklilər
Fəsilə:
Gülçiçəyikimilər
Yarımfəsilə:
Gavalıkimilər
Triba:
Maleae
Yarımtriba:
Malinae
Cins:
Alma
Növ:
Qızıləhməd alması
Beynəlxalq elmi adı
  • Malus niedzwetzkyana Koehne
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  106560

Mündəricat

  • 1 Təbii yayılması
  • 2 Botaniki təsviri
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Təbii yayılması

redaktə

Vətəni müəyyən edilməmişdir. Orta Asiyada yayılma ehtimalı var.

Botaniki təsviri

redaktə

2-6 (8) m hündürlüyündə ağacdır. Çətiri çadırvarıdır. Yaşlı ağaclarda gövdə qabıqları az bükülmüş, qonurtəhər-boz rəngdə olur. Çoxillik budaqları və cavan ağacların gövdəsi qırmızımtıl-qonur rəngdədir. Budaqları tikansız olub, bir qədər yoğuntəhər, tünd qırmızı rəngdədir, illik zoğları qaradır. Yarpaqları tünd yaşıl və ya qırmızımtıldır, tərs yumurtavarı, ellipsvarı və ya uzunsov olub, ucu qaralmış, çox vaxt qaidəyə yaxın hissəsi pazşəkillidir, yarpaqlarının təpə hissəsi qısa, sivri ucludur. Çiçəkləri tünd qırmızı, nazik çiçək saplaqlarında oturmuşdur. Çiçək saplağı və kasacığı ağ keçətüklüdür. Kasayarpaqcıqları lansetvarı, sivridir. Meyvəsi bənövşəyi, tünd qırmızı rəngdə olub, əti çəhrayı, al qırmızıdır. Aprel-may aylarında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr aylarında yetişir.

Ekologiyası

redaktə

Şaxtaya, zərərvericilərə qarşı davamlıdır, rütubətsevəndir, çöl-çəmən torpaqlarında yaxşı bitir.

Azərbaycanda yayılması

redaktə

Lənkəran ovalığında, bağlarda, həyətyanı sahələrdə əkilib becərilir.

İstifadəsi

redaktə

Xarratlıq məmulatlarının istehsalatında və oyma naxış işlərində istifadə olunur. Dekorativ və meyvə ağacı kimi əkilib yetişdirilir. Meyvələri öz ətri ilə fərqlənir.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qızıləhməd_alması&oldid=8047979"
LOVE.AZ