. Love.az

Qizilagac Korfezi - Wikipedia - Love.az

Ana Səhifə - Qizilagac Korfezi
Bu adın digər istifadə formaları üçün bax: Qızılağac (dəqiqləşdirmə).

Qızılağac körfəzi — Xəzər dənizində Azərbaycan Respublikasının cənub şərqində yerləşən, sahəsi 460 km²,uzunluğu 28 km, dərinliyi 2 m olan körfəz.

Qızılağac körfəzi
Ümumi məlumatlar
Adalar Sara yarımadası, Kür Dili
Sahəsi 460 km²
Dərin yeri 2 m
Tökülən çaylar Kür, Viləşçay
Yerləşməsi
39°04′59″ şm. e. 49°01′45″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Lənkəran
Akvatoriyası
  • Xəzər dənizi
Qızılağac körfəzi xəritədə
Qızılağac körfəzi
Qızılağac körfəzi
Qızılağac körfəzi (Azərbaycan)
Qızılağac körfəzi
Qızılağac körfəzi, Azərbaycan

Köcəri su quşların qışladığı bu su hövzəsində Qızılağac Dövlət Təbiət Qoruğu yerləşir.

Körfəz ilk dəfə 1720-ci ildə xəritəyə salınmış və ona tökülən eyniadlı çayın (Qızılağacçay) adına münasib Qızılağac körfəzi adlandırılmışdır.

1935-ci ildə körfəz kommunist Sergey Kirovun şərəfinə adlandırılmış, 1991-ci ildə yenidən əzəli adı ona qaytarılmışdır.[1]

Mündəricat

  • 1 Fauna
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Fauna

redaktə

Qızılağac qoruğu köçəri quşların çoxalması üçün çox əhəmiyyətlidir. Bura hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan və başqa quşlar qışlamağa köçüb gəlirlər. Qoruqda qaban, canavar, qamış pişiyi, porsuq, susamuru, tülkü və s. məməlilər məskunlaşmışdır. Qoruğun su hövzəsində 54 növ balıq vardır.

  •  Nərə
  •  Siyənək
  •  Ağ balıq
  •  Kütüm
  •  Qartal
  •  Qızılqaz
  •  Cüllüt
  •  Durna
  •  Qaşqaldaq
  •  Qutan
  •  Çəhrayı qutan
  •  Turac
  •  Fısıldayan ququşu
  •  Qırmızıdöş qaz
  •  Qara leylək
  •  Tülkü
  •  Ceyran
  •  Canavar
  • Suiti
  •  Çöl donuzu

Həmçinin bax

redaktə
  • Qızılağac Dövlət Təbiət Qoruğu
  • Kür Dili
  • Viləşçay

İstinadlar

redaktə
  1. ↑ Qafqazın topoqrafik lüğəti, Qızılağac Arxivləşdirilib 2018-01-03 at the Wayback Machine (rus.)

Xarici keçidlər

redaktə
  • İnstitut: Qızılağac körfəzinin ekoloji vəziyyəti pisləşib, sahil zonaları tullantılarla çirkləndirilib
 
Qızılağac körfəzi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qızılağac_körfəzi&oldid=8035381"
LOVE.AZ