Qızılavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[2]
Qızılavar | |
---|---|
38°57′49″ şm. e. 48°40′42″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2382 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4427[1] |
Xəritəni göstər/gizlə
|
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Qızılavar kəndində 91 evdə 333 nəfəri kişilər, 272 nəfəri isə qadınlar olmaqla 605 nəfər şiə təriqətli müsəlman Talışlar yaşayırlar[3] [4] Qodman çayı sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi.[4] 2012-ci ilə olan məlumata əsasən Qızılavar kəndi Dəlləkoba kəndi ilə birlikdə Qızılavar kənd izibati ərazi dairəsini əmələ gətirir.[5] Bu ərazi dairəsinin sahəsi 837 hektardır.[5] Hazırda kənddə əhalinin sayı 2382 nəfərdir.[6]
Oykonim qızıl (“qırmızı” mənasında) və var (talış dilində tələffüzü vo) sözlərindən (-a bitişdirici saitdir) ibarətdir. Ədəbiyyatda var (vo) sözünün talış dilində “yer” mənası ifadə etdiyi bildirilir və bu coğrafi ad “qızıl yer” kimi mənalandırılır. Xalq etimologiyasına görə isə, vo talış dilində “yel, külək”, qızıl sözü isə burada “isti, quru” mənasındadır. Kənddə tez-tez isti küləklər əsdiyi üçün adını “isti yel” kimi mənalandırırlar. [7]
Kəndin dəqiq yaşı bəlli deyil, təqribi kəndin 18 - 19-cu əsrə aid olduğu bildirilir.
Qızılavar kəndi Talış dağları ilə Xəzər dənizi arasında Masallı rayonun Ərkivan-Boradigah-Rüdəkənar şose yolunun üstündə yerləşir. Kənddə 4 əsas məhəllə var - Dəlləkoba, Toyba, Peysə və Lesonoba kimi də tanınan Leysan. Rayon mərkəzindən 5–6 km aralıdır. Şose yolu kəndi iki hissəyə bölür: Şərq hissə "məzə sahəsi" adlanır, əsasən çökəklik və düzənlikdir. Qərb hissəsi "bandaro (dağ yolu)" adlanır. Bu ərazi nisbətən hündürdür, əsasən təpəliklərdən ibarətdir. Kəndin cənubundan Qodman çay axır. Kənddə cənub zonasına xas olan rütubətli subtropik iqlim hakimdir. Sarı torpaqlar çoxluq təşkil edir. Torpaqlar çayçılıq, faraş tərəvəzçilik üçün əlverişlidir. Kənd rekrasiya ehtiyatlıdır. Kəndin tarixi abidələri:
Qızılavar kənd ümumi orta məktəbin hazırkı binası, məktəb bu binaya 1956-cı ildə köçürülüb.