. Love.az

Qizilbogaz Dagi Babek - Wikipedia - Love.az

Ana Səhifə - Qizilbogaz Dagi Babek
Bu adın digər istifadə formaları üçün bax: Qızılboğaz dağı.

Qızılboğaz dağı — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvançayin sol sahilində yerləşir. Konusvari formadadır (hünd. 1179,7 m). Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin ucqar şimal-qərb suayırıcı zirvəsi. Naxçıvançayın sol sahilində Xalxal kəndindən 1 km-dək şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olumuş  günbəzvari yüksəklikdir.  Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahını hüdudlandıran Naxçıvan dərinlik qırılmasının düşmüş qanadında yerləşir.  [1]

Qızılboğaz dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1179 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  • Babək

Həmçinin bax:

redaktə
  • Qapıcıq dağı
  • Qızılboğaz dağı
  • Xarxat dağı

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qızılboğaz_dağı_(Babək)&oldid=6088587"
LOVE.AZ