. Love.az

Qizildemir - Wikipedia - Love.az

Ana Səhifə - Qizildemir

Qızıldəmir, Qızıl Teymur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.[2][3] Mənbədə Qızıl Tamur kimidir. 1590-cı ildən mə'lumdur[4][5]. 1728-ci ilə aid mənbədə Qızıl Təmir kimidir[6][7].

Kənd
Qızıldəmir
40°16′33″ şm. e. 44°17′50″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Karbi mahalı
Rayon Əştərək rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.030 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 4.168 nəf. (2011)[1]
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Qızıldəmir xəritədə
Qızıldəmir
Qızıldəmir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimi
  • 3 Əhalisi
  • 4 İstinadlar

Tarixi

redaktə

Rayon mərkəzindən 3 km cənub-şərqdə yerləşir. Erməni mənbələrində Qızıltamur kimi qeyd edilir[8]. azərbaycandilli mənbələrdə səhv olaraq Qızıl Teymur kimi göstərilir[9]. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[10] və 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə[11] Qızıldəmir kəndi formasında qeyd edilmişdir.

Toponimi

redaktə

Toponim qırmızı mənasında işlənən qızıl (torpağın süxurunun rəngini ifadə edir) sözü ilə qədim türk dilində "arx" mənasında işlənən təmir[12] sözünün[13] birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib (erməni dilinə kalka edilib) Voskevaz (Qızıldəmir) qoyulmuşdur. XIX əsrin sonlarına aid ədəbiyyatda Qızıl Teymur kimi göstərilmişdir. "Dəmir (Teymur) adlı şəxsə mənsub qırmızı rəngli yer" mə'nasındadır.[14]

Əhalisi

redaktə

Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır[15]. 1828–30-cu illərdə kəndə İrandan ermənilər köçürülüb yerləşdirilmişdir[16]. Sonralar azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır[17]. 1870-ci illərin əvvəllərində azərbaycanlılar deportasiya olunmuşdur. 1897-ci ildə burada 3 nəfər azərbaycanlı qalmışdır[18]. Onlar XX əsrin əvvəllərində deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

İstinadlar

redaktə
  1. ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .
  4. ↑ Гейбуллаев Г.А. О происхождении некоторых этнонимов Азербайджана (Деллер, Тулу, Тиркеш, Шадылы, Туба, Тулус, Чалган, Кузанлы). ДАН Азерб. ССР, 1978, № 1. .
  5. ↑ Kirzioqlu M.F. Milli dastanlarimizden. Dede Korkut oguznamelerinin tarih belacsi baki -minden decerleri. Turk tarihi kurumu basimeli. Ankara. 1987. .
  6. ↑ Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
  7. ↑ Алиев Играр. Погребова М.И. Об этнических процессах в областях Восточного Закавказья и Западного Ирана в конце II- в начале I тыс. до н. э. Сб. “Этнические проблемы истории Центральной Азии в древности”. М. 1981. .
  8. ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22, 106
  9. ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. s.104
  10. ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.162
  11. ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.88
  12. ↑ dəmir — İbrahim Bayramova görə
  13. ↑ Древнетюркский словарь, Л., "Наука", 1969. s.330
  14. ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гызылдәмир // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  15. ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.583–584
  16. ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.583–586
  17. ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.106
  18. ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22–23
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qızıldəmir&oldid=7204469"
LOVE.AZ