. Love.az

Qizilqaya Goygol - Wikipedia - Love.az

Ana Səhifə - Qizilqaya Goygol
Bu adın digər istifadə formaları üçün bax: Qızılqaya.

Qızılqaya — Azərbaycan Respublikasının Göygöl rayonunun Qızılqaya qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xanlar rayonunun Quşqara kənd inzibati ərazi vahidi tərkibindəki Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati ərazi vahidinin tərkibinə verilmişdir.[2] 26 dekabr 2006-cı il tarixli 215-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xanlar rayonunun Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Qızılqaya qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.[3]

Qızılqaya
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 998 nəf. (2009)

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Toponimikası

redaktə

Yaşayış məntəqəsi 1932-ci ildə 7-ci sovxozun malikanəsi yanında salınmış və 7-ci Sovxoz qəsəbəsi adlandırılmışdır. 1950-ci illərdən qəsəbə yaxınlığındakı Qızılqaya adı ilə tanınan qayanın adı olmuşdur. Qaya xırda mamırla örtülüdür və bu mamırdan təbii üsulla xınanı xatırladan maddə alınır. Qayanın adı da buradan yaranmışdır.[4]

Tarixi

redaktə

Coğrafiyası və iqlimi

redaktə

Qəsəbə Gəncə şəhəri yaxınlığında yerləşir.

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən qəsəbədə 988 nəfər əhali yaşayır.[5]

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
  3. ↑ "Azərbaycan Respublikasının Xanlar rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 26 dekabr 2006-cı il tarixli 215-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
  4. ↑ Qızılqaya (Göygöl) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  5. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax

redaktə
Göygöl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qızılqaya_(Göygöl)&oldid=8143069"
LOVE.AZ