. Love.az

Qehreman Mirze Salur - Wikipedia - Love.az

Ana Səhifə - Qehreman Mirze Salur

Qəhrəman mirzə Əbdüssəməd mirzə oğlu Salur (21 yanvar 1871, Tehran – 1 oktyabr 1945, Tehran) — Qacar şahzadəsi, əyalət valisi, tarixçi.

Qəhrəman mirzə Salur
Qəhrəman mirzə Əbdüssəməd mirzə oğlu Qovanlı-Qacar
Doğum tarixi 21 yanvar 1871
Doğum yeri Tehran, İran
Vəfat tarixi 1 oktyabr 1945 (74 yaşında)
Vəfat yeri Tehran, İran
Milliyyəti türk

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mənbə
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Əbdüssəməd mirzənin ikinci oğlu Qəhrəman mirzə Salur 21 yanvar 1871-ci ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. İngilis və fransız dillərini bilirdi. Eynəssəltənə ləqəbi daşıyırdı. Həmədanın valisi, Nəhavəndin, Qəzvinin hakimi olmuşdu.

Qəhrəman mirzə Salur Fars əyaləti qoşunlarının komandanı, Xəmsənin hakimi vəzifəsini icra etmişdi.

Qəhrəman mirzə Salur sərtip (briqada generalı) rütbəsi daşıyırdı.

Qəhrəman mirzə Salur bir çox tarixi kitabların və xatirənin müəllifidir.

Qəhrəman mirzə Salur 1 oktyabr 1945-ci ildə vəfat edib.

Ailəsi

redaktə

Qəhrəman mirzə Salur Zeynəb xanımla ailə qurmuşdu.Məsud mirzə, Abbas mirzə adlı oğlanları vardı.

Mənbə

redaktə
  • Çingizoğlu Ə. Qacarlar və Qacar kəndi. Bakı: “Şuşa” nəşriyyatı. 2008. səh. 336+32.

Xarici keçidlər

redaktə
  • Genealogy of Saloor family
  • Maryam Saloor, Iranian Potter, Ceramist and Sculptor, descendant of Ezz ed-Dowleh [1]
  • Qəhrəman mirzə Salur farsca
  • Qəhrəman mirzə Salurun kitabları
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qəhrəman_Mirzə_Salur&oldid=8121832"
LOVE.AZ