Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Freiheiten (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Qəmər İskəndər bəy qızı Əmiraslanova (1893-?) — əməkdar həkim.
Qəmər Əmiraslanova | |
---|---|
Qəmər İskəndər bəy qızı Əmiraslanova | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Vəfat yeri | Bakı |
Fəaliyyəti | həkim |
Qəmər İskəndər bəy qızı Əmiraslanova 1893-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1915-ci ildə Tiflis qadın gimnaziyasını bitirmişdir. 1918-ci ildə Moskva 1-ci diş həkimliyi məktəbini tamamlamışdır. 1932-1933-cü illərdə təhsilini Azərbaycan Tibb İnetitutunda davam etdirmişdir. İnstitututun daxili xəstəliklər propedevtikası kafedrasında dosent işləmişdir. Respublikanın əməkdar həkimi fəxri adına layiq görülmüşdür.
Qəmər Əmiraslanova "Böyük Vətən Müharibəsi dövründə rəşadətli əməyə görə" medalı ilə təltif olunmuşdur.
Qəmər Əmiraslanova İskəndər İskəndərovla ailə qurmuşdu. Gülarə adlı qızı vardı. Qəmər xanımın Xudadad bəy İskəndər oğlu Hacıyev adlı qardaşı vardı. Mülkədar idi.