Qəmər Topuriya (əsl adı: Tamara Vissarionovna Topuriya; 15 avqust 1902, Tiflis – 3 iyun 1947, Bakı) — Azərbaycan-sovet teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943).
Qəmər Topuriya | |
---|---|
![]() | |
Doğum adı | Tamara Vissarionovna Topuriya |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | gürcü |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | teatr aktrisası |
Fəaliyyət illəri | 1917–1947 |
Teatr |
Tiflis Dövlət Azərbaycan Dram Teatrı; Azərbaycan Dram Teatrı |
Mükafatları |
![]() ![]() ![]() |
![]() |
Qəmər Topuriya 15 avqust 1902-ci ildə Tiflisin Şeytanbazar adlı məhəlləsində anadan olub. Qonşuları azərbaycanlı ailəli olduğuna görə Azərbaycan türkcəsində danışa bilirdi. Rus dilində beş sinif həcmində təhsil alıb.[1]
Əsl adı Tamara Vissarionovna Topuriya olan Qəmər xanım milliyyətcə gürcü olmuşdur. "Qəmər" onun təxəllüsüdür və səhnəyə çıxmasının ikinci ilindən tamaşaların proqramlarında adı belə (soyadsız) yazılıb. Aktrisalıq fəaliyyətinin dördüncü ilindən həm "Qəmər xanım", həm də "Qəmər Topuriya" imzaları ilə çıxış edib. Bəzi proqramlarda "Şəms Qəmər" kimi təqdim olunub.[1] İlk dəfə dəfə 1917-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" tamaşasında "Qulluqçu" obrazında səhnəyə çıxmışdır.[2]
O, 1918–1920-ci illərdə Tiflisdə və Bakıda müxtəlif truppaların hazırladıqları tamaşalarda, 1922–1925-ci illərdə Tiflis Dövlət Azərbaycan Teatrında işləyib. 1925-ci ilin əvvəllərində Bakıya dəvət olunan Qəmər Topuriya ömrünün sonunadək Azərbaycan Dram Teatrında aktrisalıq etmişdir.[2]
17 iyun 1943-cü ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
Qəmər Topuriya uzun sürən xəstəlikdən sonra 3 iyun 1947-ci ildə Bakıda vəfat etmişdir.[3][4]