Qənbər Şəmşiroğlu (tam adı: Qənbər Şəmşir oğlu Qurbanov; 16 noyabr 1933, Ağdaban, Azərbaycan SSR – 30 dekabr 2021, Bakı, Azərbaycan) — azərbaycanlı siyasətçi, yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı.[1]
Qənbər Qurbanov | |
---|---|
Qənbər Şəmşir oğlu Qurbanov | |
![]() | |
aprel 1993 – yanvar 1994 | |
Əvvəlki | İlham Həsənov |
Sonrakı | Əvəz Şükürov |
1991 – may 1992 | |
Əvvəlki | Rafael Hüseynov |
Sonrakı | Saleh Rüstəmov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 noyabr 1933(1933-11-16) |
Doğum yeri | |
Vəfat tarixi | 30 dekabr 2021(2021-12-30) (88 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, hekayə yazıçısı[d] |
Atası | Aşıq Şəmşir |
Uşağı | |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() |
Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib.[2]
1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N. Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.[2]
1960–1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966–1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974–1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.[2]
16 noyabr 2008-ci ildə 75 illik yubileyi qeyd olunmuşdur.
Qənbər Qurbanov Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri[3] və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[4]
Qənbər Şəmşiroğlu "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə", "Əmək veteranı" və "Tərəqqi" medalı ilə təltif edilib.[2]
Qənbər Şəmşiroğlunun şeirlərinin böyük bir qismi "Dünya", "525-ci qəzet", "Ədalət", "Ədəbiyyat" və başqa qəzetlərdə, "Folklor və etnoqrafiya" jurnalında dərc olunmuşdur.