Qəribə şəkillər (変な絵, Hennae?) – Yaponiya yazıçısı Uketsu tərəfindən yazılmış roman.
Qəribə şəkillər | |
---|---|
yap. 変な絵 | |
![]() Yaponca nəşrin üzlüyü. | |
Müəllif | Uketsu |
Janr | triller |
Orijinalın dili | yaponca |
Ölkə |
![]() |
Orijinalın nəşr ili | 2022 |
Nəşriyyat | Futabasha |
Romanda hadisələr 1990-cı illərdə baş verir[1] və iki kollec tələbəsinin bir bloqda tapdıqları qorxunc şəkilləri müzakirə etməsindən bəhs olunur.[2] Əsər qorxulu müəmma hekayələrinin kolleksiyasından ibarətdir, bu hekayələr romanın sonuna doğru bir-biriləri ilə əlaqələnir. Vizual əsərdir və şəkillərlə doludur. Oxucu əsərdəki qətllərin sirrini aydınlaşdırmaq üçün romandakı şəkillərə diqqətlə baxmalıdır.[3]
Uketsu romanı yazarkən karoşiyə (çox işləməkdən ölmək) istinadlar etmişdir.[3] Uşaqlıq travması romanın əsas mövzusudur. Romandakı iki əsas şəkil uşaqlar tərəfindən çəkilib, daha sonra bir müəllim və psixoloq tərəfindən interpretasiya olunmuşdur. O, bu seqmentləri yazmaq üçün uşaqların niyə belə şeylər çəkdiyindən danışan mütəxəssislərin kitablarını oxumuşdur.[1]
"Qəribə şəkillər" Yaponiyada 2022-ci ildə "Futabasha" nəşriyyatı tərəfindən nəşr olunmuşdur və Uketsunun "Qəribə evlər" seriyasına daxil olan 2-ci əsəridir. Müəllifin ingilis dilinə tərcümə olunan ilk əsəridir. 2025-ci ilin yanvarında ingilis dilinə tərcümə olunaraq ABŞ və Birləşmiş Krallıqda buraxılmışdır. Romanın 30 ölkədə nəşr olunması planlaşdırılır.[2] Aiba Noriyuki tərəfindən çəkilmiş manqa adaptasiyası 15 mart 2024-cü ildə yayımlanmışdır.[4]
"Qəribə şəkillər" romanı Yaponiya bestsellerə çevrilmiş və romanın 1,2 milyon nüsxəsi satılmışdır.[3]