Qabaqtəpə — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd.[2]
Qabaqtəpə | |
---|---|
40°28′36″ şm. e. 45°54′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Kəndin adı yaxınlıqdakı Qabaqtəpə dağının adından alınmışdır.[3]
Kənddə XIII-XIV əsrlərə aid qədim Alban kiləsi abidəsi var.Bu abidə kənddə yaşayışın çox qədimdən olduğunu sübut edir.
Kənd Qabaqtəpəçayın hər iki sahilində, dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 304 | 166 | 138 |
2009[5] | ↘289 | ↘158 | ↘131 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Qabaqtəpə kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir.[6]
Kənddə Qabaqtəpə kənd kitabxana filialı, Qabaqtəpə kənd Mədəniyyət Evi,[7] Qabaqtəpə kənd xəstəxanası[8] fəaliyyət göstərir.
Kənddə Daşkəsən rayon Qabaqtəpə kənd A.Rüstəmov adına tam orta məktəb və Daşkəsən rayon Qabaqtəpə kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[9] 2004-2009-cu illərdə A.Rüstəmov adına tam orta məktəbin yanında 100 şagird yerlik 6 sinif otağı tikilib istifadəyə verilmişdir.[10]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Qabaqtəpə kənd sahə xəstəxanası yerləşir.[11]