. Love.az

Qafqaz Ag Sami - Wikipedia - Love.az

Ana Səhifə - Qafqaz Ag Sami

Qafqaz ağ şamı (lat. Abies nordmanniana) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü.

Qafqaz ağ şamı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Abietoideae
Cins:
Ağ şam
Növ:
Qafqaz ağ şamı
Beynəlxalq elmi adı
  • Abies nordmanniana Spach, 1841
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  97177
EOL  330602

Təbii şəraitdə Qafqazın qərb hissəsində, Kiçik Qafqaz sıra dağlarının, əsasən, şimal istiqamətli yamaclarında, Böyük Qafqazın şimal və cənub yamaclarında, Türkiyədə yayılmışdır. Hündürlüyü 50 m, gövdəsinin diametri 2 m-ə çatan nəhəng gövdəli dekorativ ağacdır. Çətiri sıx ensiz konusvarı formadadır. Budaqları torpağa doğru sallanır, cavan ağacların çətirinin yuxarısı şiş (iti), yaşlı ağaclarınkı isə yumru olur. Gövdəsinin qabığı bozdur. İynəyarpaqları sıx, üstdən tünd-yaşıl, altdan nisbətən açıq-yaşlıdır, alt tərəfdən və kilin hər tərəfindən 8–10 ağ ağızcıq xətlidir, budaq üzərində 10 ilə kimi qalır.

Qozaları 10–20 sm uzunluğundadır, cavan qozalar yaşıldır. Mil və yan kökləri qüvvətli inkişaf edir. Yaxşı boy atması və inkişafı üçün çox rütubətli və çürüntü ilə zəngin gillicə torpaqlar əlverişlidir. Tərkibində əhəng olan torpaqlara dözmür. Havanın rütubətinə davamlıdır. Toxumların uzunluğu 8–12 mm-dir, qatranlıdır, parlaq iri qəhvəyi qanadları toxumdan 2–3 dəfə böyük olur. Toxumları oktyabr-noyabr aylarında tökülür. Olduqca uzunömürlü ağac olub 600–700 il yaşayır. Ağ şamın bu növünün oduncağı yüksək texniki keyfiyyəti ilə fərqlənir. Xüsusilə sellüloz-kağız istehsalında, musiqi alətlərinin hazırlanmasında böyük əhəmiyyət kəsb edir. Qabığında 10 % aşı maddəsi vardır.

Azərbaycanda Abşeron, Quba, Zaqatala və Gəncədə yaşıllaşdırmada istifadə edilir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qafqaz_ağ_şamı&oldid=8147251"
LOVE.AZ