. Love.az

Qafqaz Qirqovulu - Wikipedia - Love.az

Ana Səhifə - Qafqaz Qirqovulu

Qafqaz qırqovulu (lat. Phasianus colchicus colchicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin qırqovul cinsinin adi qırqovul növünə aid heyvan yarımnövü. Qafqaz qırqovuluna adından da göründüyü kimi Qafqaz ölkələrində və İranda rast gəlinir. Əslində Qafqaz qırqovulu dedikdə özündə 4 yarımnövü cəmləşdirən [colchicus] qrupu nəzərdə tutulur. Bu qrupun (Qafqaz qırqovulu) digər yarımnövlərdən başlıca fərqi erkəklərinin boğazında ağ halqanın olmaması və daha tünd rənglərə sahib olmasıdır.

Qafqaz qırqovulu
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Pangalloanserae
Dəstəüstü:
Galloanserae
Klad:
Pangalliformes
Dəstə:
Toyuqkimilər
Fəsiləüstü:
Phasianoidea
Fəsilə:
Qırqovullar
Yarımfəsilə:
Qırqovullar
Triba:
Phasianini
Cins:
Qırqovul
Növ:
Adi qırqovul
Yarımnöv:
Qafqaz qırqovulu
Beynəlxalq elmi adı
  • Phasianus colchicus colchicus[1][2][…]
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
ITIS  678052
NCBI  9057

Mündəricat

  • 1 Statusu
  • 2 Kateqoriyası
  • 3 Genefond əhəmiyyəti
  • 4 Qısa təsviri
  • 5 Yaşayış yeri və həyat tərzi
  • 6 Sayı
  • 7 Məhdudlaşdırıcı amillər
  • 8 Əhali üçün əhəmiyyəti
  • 9 Qorunması üçün qəbul edilmiş tədbirlər
  • 10 Qorunması üçün məsləhət görülmüş tədbirlər
  • 11 İstinadlar
  • 12 Həmçinin bax

Statusu

redaktə

Nadirdir.

Kateqoriyası

redaktə

(II-EN). Təhlükə altındadır.

Genefond əhəmiyyəti

redaktə

Azərbaycan faunasında cinsin 1 növünə daxil olan 3 yarımnöv yayılmışdır: Cənubi Qafqaz qırqovulu (lat. P.c.colchicus), Şimalı Qafqaz qırqovulu (lat. P.c.septentrionalis) və Talış qırqovulu (lat. P.c.talischensis).

Qısa təsviri

redaktə

Ev toyuğu boydadır (950-1300 q). Xoruzunun rəngi çox parlaq və əlvandır: qırmızı, qızılı, kürən, qara, göy, yaşıl qarışığıdır. Quyruğu uzun və pazvaridir, bənövşəyi-mis rənginə çalan sarı-qonurdur. Gözlərinin ətrafı lələksiz qırmızı dəridir. Talış qırqovulundan fərqli olaraq qarın tərəfinin tutqun rəngi ön hissədən yaşıl rəng ilə məhdudlaşıb. Toyuğunun rəngi solğundur.

Yaşayış yeri və həyat tərzi

redaktə

Kolluqda, kol yaruslu meşələrdə, alaq cəngəlliyində və qarğıdalı tarlasında yaşayır. Suya yaxın yerləri xoşlayır. Oturaqdır. Yerdə kol bitkilərinin dibində sadə yuva düzəldib 8-12 ədəd yaşıl çalarlı qonur yumurta verir, 23-25 gün kürt yatıb cücə çıxarır (toyuğu). Cücələr 45-50 gün ərzində pərvaz olurlar. Bitki (58 %) və həşərat (42 %) yeyirlər.

Sayı

redaktə

1950-ci illərə qədər kütləvi ov quşu olub (400000 quş). Sonralar azalıb və yayılma sahəsi kiçilib. 1949-cu ildən 1965-ci ilə qədər sayı 2,5 dəfə azalıb. Kür-Araz ovalığında, Lənkəran düzənliyində, o cümlədən, Qızılağac Qoruğunda, Samur-Şabran düzənliyində, Naxçıvan Arazboyu düzənliyində nəsli kəsilib. Böyük və Kiçik Qafqazın dağətəyi rayonlarında da əsasən qoruq və yasaqlıqlarda qalıb.

Məhdudlaşdırıcı amillər

redaktə

Qədim dövrlərdən başlayaraq ov quşu kimi təqib edilməsi, yuvası yerdə olduğu üçün tülkü, çaqqal, vəhşi pişik, ilan kimi yırtıcılar tərəfindən tələf edilməsi, bəzək quşu kimi dirisindən və müqəvvasından geniş istifadə olunması, kolluq və cəngəlliklərin qırılması, yandırılması və təsərrüfat sahəsinə çevrilməsi, pestisidlərdən geniş istifadə olunması.

Əhali üçün əhəmiyyəti

redaktə

Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

redaktə

Ovlanması qadağandır. Bəzi qoruqlarda və Qusar, Şəki, Uludüz yasaqlıqlarında qorunub saxlanılır.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

redaktə

Qanunsuz ovçuluğa qarşı mübarizənin gücləndirilməsi, kolluqların və alaq cəngəlliklərinin yandırılmasının aradan qaldırılması, qırqovul yaşayan kolluqların qırılmasına qarşı tədbir görülməsi, yaşadığı əsas yerlərdə çaqqal və tülkü kimi yırtıcı heyvanların sayının azaldılması, Əyricədə qırqovul çoxaltma məntəqəsinin bərpa edilməsi.

İstinadlar

redaktə
  1. ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  2. ↑ World Bird List (ing.): IOC World Bird List. 6.4 IOU, 2016. doi:10.14344/IOC.ML.6.4

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qafqaz_qırqovulu&oldid=7528728"
LOVE.AZ