. Love.az

Qafqaz Zumrudciceyi - Wikipedia - Love.az

Ana Səhifə - Qafqaz Zumrudciceyi

Qafqaz zümrüdçiçəyi (lat. Scilla siberica subsp. caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinin sibir zümrüdçiçəyi növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B2ab (i,ii,iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qafqaz zümrüdçiçəyi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Qulançarkimilər
Yarımfəsilə:
Zümrüdçiçəyikimilər
Cins:
Zümrüdçiçəyi
Növ:
Sibir zümrüdçiçəyi
Yarımnöv:
Qafqaz zümrüdçiçəyi
Beynəlxalq elmi adı
  • Scilla siberica subsp. caucasica Mordak, 1971
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Azərbaycanda yayılması
  • 3 Sayı və tendensiyası
  • 4 Məhdudlaşdırıcı amillər
  • 5 Mühafizə tədbirləri
  • 6 Sinonimləri
    • 6.1 Homotipik sinonimləri
    • 6.2 Heterotipik sinonimləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Çoxillik, soğanaqlı 6-20 sm hündürlükdə ot bitkisidir. Soğanaq enli-yumurtavari, bəzən yumurtavari, 2,8 sm hündürlükdə, 2,2 sm enindədir. Boz, bəzən qara qınla örtülüdür. Yarpaqları 2-4 ədəd, yaşəl, enli-xətvari, 6-15 mm enində, gövdədən qısa, təpə hissədə qapacıq var. Çiçək qrupu çox və ya az salxımdır. Çiçəkyanlığı uzunsov-ellipsivari, küt, 12 mm-ə qədər uzunluqda, tündmavi, bənövşəyi, orta hissədən qara zolaqıdır. Erkəkcikləri göy rəngli tozcuqludur, çiçəkyanlığının yarısından qıadır. Çiçəkləmə, meyvə əmələgəlmə may-iyul aylarına təsadüf edir. Kserofit, duza davamlıdır. Soğanaqla çoxalır. Orta dağ qurşağında meşəvə kolluqlarda bitir. Dekorativ bitkidir.

Azərbaycanda yayılması

redaktə

Kiçik Qafqazın şimal və mərkəzi hissələrində, Lənkəran rayonunun və Naxçıvan Muxtar Respublikasının dağlıq hissələrində.

Sayı və tendensiyası

redaktə

Fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

redaktə

Antropogen amillər (infrastrukturun inkişafı).

Mühafizə tədbirləri

redaktə

Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Othocallis caucasica (Miscz.) Speta
  • Othocallis siberica subsp. caucasica (Miscz.) Trávn.
  • Scilla caucasica Miscz.

Heterotipik sinonimləri

redaktə
  • Othocallis poluninii (Speta) Speta
  • Scilla poluninii Speta

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qafqaz_zümrüdçiçəyi&oldid=8116533"
LOVE.AZ