. Love.az

Qalina Bistrova - Wikipedia - Love.az

Ana Səhifə - Qalina Bistrova

Qalina Bıstrova (8 fevral 1934, Naxçıvan – 11 oktyabr 1999, Volqoqrad) — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası.

Qalina Bıstrova
Галина Петровна Быстрова
Şəxsi məlumatlar
Tam adı Qalina Petrovna Bıstrova
Vətəndaşlığı
  •  Azərbaycan
Doğum tarixi 8 fevral 1934
Doğum yeri Naxçıvan
Vəfat tarixi 11 oktyabr 1999 (65 yaşında)
Vəfat yeri Rusiya, Volqoqrad
Təhsili Bədən Tərbiyəsi Texnikumu
Boyu 170 sm
Çəkisi 65 kq
İdman növü Yüngül atletika
Məşqçisi Vasili Moiseyeviç Bıstrov
Medallar
Qızıl {{{3}}}
Qızıl Stokholm 1958 Beşnövçülük
Qızıl Belqrad 1962 Beşnövçülük
Gümüş {{{3}}}
Bürünc Tokio 1964 Beşnövçülük
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyera
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Qalina Doljenkova atasının sərhədçi kimi xidmət etdiyi Naxçıvan şəhərində anadan olub. Atası 1941-ci ildə cəbhəyə gedib, iki ildən sonra səhhəti ilə əlaqədar onu azad ediblər və Pyotr ailəsi ilə birgə Qorkiyə köçüb. Kanabensk rayonunda Qalina yeddi sinif bitirib, sonra isə valideynlərindən gizli olaraq Bədən Tərbiyəsi Texnikumuna daxil olub. Sonradan onun həyat yoldaşı olan Vasili Moiseyeviç Bıstrovun rəhbərliyi ilə yüngül atletika ilə məşğul olub. 1953-cü ildə onların oğlu Sergey anadan olub. Bıstrova karyerasını bitirdikdən sonra məşqçi kimi çalışıb. 50-ci illərdə onun çanağ bud oynağında kəskin ağrılar başlayıb və həkimlər ona osteoartroz diaqnozunu qoyub. 1972-ci ildə həyat yoldaşı və oğlu Volqoqrad şəhərinə köçüb, sonra Qalina özü də oğlunun yanına köçüb.

Karyera

redaktə

Qalina Melburn Olimpiadasında 80 metr məsafəyə maneələrlə qaçışda dördüncü olub, bununla da avstraliyalı bürünc mükafatçısı Norma Trauerlə eyni vaxt nümayiş edib. İki il sonra Avropa çempionatında Bıstrova iki qızıl medal qazanıb — beşnövçülük və 80 metr məsafəyə qaçışda. Qalina Romada Olimpiya oyunlarında 80 metr məsafəyə maneələrlə qaçış finalında yenə iştirak edib və 5-ci olub. 1962-ci ildə Avropa çempionatında o yenidən beşnövçülük üzrə qızıl medal qazanıb. Özünün son olimpiadasında Bıstrova maneələrlə qaçış finalına çıxa bilməyib, amma əvəzində beşnövçülük üzrə bürünc medal qazanıb.[1]

Həmçinin bax

redaktə
  • Yüngül atletika

İstinadlar

redaktə
  1. ↑ "Галина Быстрова. Боль разведу руками" (rus). Федерация лёгкой атлетики Нижегородской области. 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-29.

Xarici keçidlər

redaktə
  • Galina Bystrova Arxivləşdirilib 2011-09-03 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qalina_Bıstrova&oldid=7959556"
LOVE.AZ