Qalliya imperiyası və ya İmperium Galliarum eramızın 3-cü əsrində Roma İmperiyasının şimal sərhəddində germanların hücumlarına reaksiya olaraq eramızın 260–274-cü illəri arasında qurulmuş Roma əyalətləri olan Aşağı Germania, Yuxarı Germania, Rhaetia, Galliya, Britaniya və İspaniyaya əyalətlərindən ibarət olan və Romaya sadiq müvəqqəti hərbi imperiyadır.
Tarixi dövlət | |
Qalliya imperiyası | |
---|---|
![]() |
|
|
|
Paytaxt | Köln |
Rəsmi dilləri | |
İdarəetmə forması | mütləq monarxiya |
![]() |
Romaya sadiq qalmasına baxmayaraq, üsyançı kimi qəbul edilən Postumus, imperiyanın ilk paytaxtı Kölndə əsgərləri tərəfindən taclandırılmışdır. Paytaxt daha sonra Kölndən Trierə köçürülmüşdür. Aurelianus Châlons döyüşündə I Tetricusu məğlub etdikdən sonra Qalliya İmperiyası eramızın 274-cü ilində yenidən Roma İmperatorluğunun tərkibinə daxil edilmişdir.
Adı | Tam adı | Hökmdarlıq müddəti | Qeydlər |
---|---|---|---|
Postumus | Marcus Cassianius Latinius Postumus | 260–269 | Saloninusu məğlub etmişdir. |
Laelianus | Ulpius Corneli(an)us Laelianus | 269 | |
Marius | Marcus Aurelius Marius | 269 | |
Victorinus | Marcus Piavonius Victorinus | 269–271 | |
Domitianus | Məlum deyil | 271? | |
I. Tetricus | Gaius Pius Esuvius Tetricus | 271–274 | |
II. Tetricus | Gaius Pius Esuvius Tetricus | 272/73–274 | |
Faustinus | Məlum deyil | 273/74 |