Qaraçuxur – Bakının Suraxanı rayonunda qəsəbə.
Qaraçuxur | |
---|---|
![]() | |
![]() | |
40°23′48″ şm. e. 49°58′25″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | Suraxanı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 51 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 87 349 (2020) nəfər |
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
| |
![]() |
1923-cü ildən Kaqanoviç qəsəbəsi, 1939-cu ilin dekabr ayından isə Kaqanoviç rayonu adlandırılmışdır. 26 sentyabr 1955-ci ildə Bakı şəhəri Orconikidze rayonunun tərkibinə verilmiş və yenidən Kaqanoviç qəsəbəsi adlandırılmışdır. 31 avqust 1957-ci ildə Qaraçuxur qəsəbəsi adlandırılmış, 26 may 1964-cü ildə isə bu ad Serebrovski adı ilə əvəz olunmuşdur.
Azərbaycan Respublikası Ali Sovetinin 29 aprel 1992-ci il tarixli qərarı ilə qəsəbə yenidən Qaraçuxur adlandırılmışdır.[1]
Qaraçuxur qəsəbəsinin əhalisi 87349 nəfər təşkil edir, bunlardan 46300 nəfəri Yeni Günəşli yaşayış sahəsində yaşayır. Məcburi köçkünlərin sayı – 8517 nəfərdir (1960 ailə).
Qəsəbədə 7 orta ümumtəhsil məktəbi, 1 gimnaziya, 1 stomatoloji poliklinika, 1 tibbi sanitar hissə və 1 xəstəxana yerləşir.
Vikianbarda Qaraçuxur ilə əlaqəli mediafayllar var. |