Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Qara Hüseyn oğlu Fətəliyev — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, dosent, Parazitologiya laboratoriyasının müdiri.
Qara Fətəliyev | |
---|---|
Qara Hüseyn oğlu Fətəliyev | |
Doğum tarixi | |
Doğum yeri | Sarıcallı, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | parazitologiya |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adı | böyük elmi işçi |
İş yeri | AMEA |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
Qara Hüseyn oğlu Fətəliyev 1940-cı ildə Azərbaycan Respublikası Cəbrayıl rayonunun Sarıcallı kəndində anadan olmuşdur. Atası Cəfərov Hüseyn Fətəli oğlu Kolxozda işləmiş, 1941-ci ildə Böyük Vətən Müharibəsinə getmiş, döyüşlərdə yaralanmış və aldığı yaradan vəfat etmişdir. Anası Kərimova Şahsoltan Həmzə qızı da uzun illər kolxozda işləmiş və 1998-ci ildə Cəbrayıl rayonunun Sarıcallı kəndində vəfat etmişdir. Qara Fətəliyev 1958-ci ildə Cəbrayıl rayonu Soltanlı kənd orta məktəbini, 1963-cü ildə Bakı Kənd Təsərrüfatı Texnikumunun Aqranomiya şöbəsini, 1971-ci ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakultəsini bitirmişdir. O, 1963-1966-cı illərdə EA (indiki AMEA) Botanika İnstitutunun Nəbatət bağında aqranom, baş aqranom, bağban və laborant, 1966-1969-cu illərdə Azərbaycan EA Kibernetika İnstitutunda bağban işləmişdir. Qara Fətəliyev 1969-cu ilin sentyabrında Azərbaycan EA Zoologiya İnstitutunda işə qəbul olunmuşdur.
Qara Fətəliyev elmi fəaliyyətinin ilk illərində AMEA Zoologiya İnstitutunun Biometod laboratoriyasına baş laborant vəzifəsinə işə qəbul olunmuşdur (1969-1971). 1971-ci il sentyabrından Ekoloji parazitologiya laboratoriyasına baş laborant vəzifəsinə keçirilmiş, 1972-ci ildə kiçik elmi işçi, 1983-cü ildən böyük elmi işçi, 2008-ci ildən Helmintologiya laboratoriyasının müdiri, hal-hazırda Parazitologiya laboratoriyasının müdiri vəzifəsində çalışır.
Q.H.Fətəliyev 1980-ci ildə "Azərbaycanın Kiçik Qafqazında və Mil-Qarabağ düzündə təsərrüfat əhəmiyyətli xəzdərili heyvan helmintlərinin yayılmasının ekoloji-faunistik xarakteristikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Q.H.Fətəliyev işlədiyi müddətdə Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 17 elmi konfrans və qurultaylarda iştirak etmiş və elmi məqalələrlə çıxış etmişdir.
Q.H.Fətəliyev əhli və vəhşi məməli heyvanların və sürünənlərin helmint faunası, biologiyası və ekologiyası sahəsində tanınmış mütəxəsisdir. O, 45 illik elmi tədqiqatları dövrundə 32 növə daxil olan 1415 vəhşi məməli heyvan tədqiq etmiş və onlardan 74 cins helmint aşkar etmişdir.
Q.H.Fətəliyev 71 elmi əsərin və q dərs vəsaitin (həmmüəlliflə) müəllifidir. Onun rəhbərliyi altında 1 biologiya üzrə fəlsəfə doktoru müdafiə etmiş, 1 nəfər isə işini tamamlamışdır.
O, Azərbaycanda ilk dəfə olaraq "Xəzdərili məməli heyvanların helmintozlarının təbii ocaqları", "Kənd təsərrüfatı heyvanlarının helmintozlarının təbii ocaqları", "İnsan və ev heyvanlarının helmintlərinin təbii ocaqları" mövzusunda xəritələr hazırlamış və Azərbaycanın Milli Atlasında çap olunmuşdur.