. Love.az

Qara Batbat - Wikipedia - Love.az

Ana Səhifə - Qara Batbat

Qara batbat (lat. Hyoscyamus niger) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.

Qara batbat
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Lamidlər
Dəstə:
Quşüzümüçiçəklilər
Fəsilə:
Quşüzümükimilər
Yarımfəsilə:
Solanoideae
Triba:
Hyoscyameae
Cins:
Batbat
Növ:
Qara batbat
Beynəlxalq elmi adı
  • Hyoscyamus niger L., 1753[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  30523
NCBI  4079
EOL  581037

Mündəricat

  • 1 Haqqında
  • 2 Botaniki xarakteristikası
  • 3 Toplanılması və qurudulması
  • 4 Tərkibi və təsiri
  • 5 Qısa morfoloji xüsusiyyətləri
  • 6 Azərbaycanda yayılması
  • 7 Yaşayış mühiti
  • 8 Təsərrüfat əhəmiyyəti
  • 9 İstinadlar
  • 10 Həmçinin bax

Haqqında

redaktə

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli, çiçəkləri bulaşıq sarı rəngdə dibçəyə oxşayır. Toxumu böyrəyi xatırladır.

Bitki bütünlüklə xoşa gəlməyən bihuşedici qoxuya malikdir.

Bat-bat atropin, hiostiamin, skopalamin alkaloidləri ilə zəngindir. Bitkinin bütün hissələri, xüsusilə toxumu zəhərlidir. Qurudulduqda da öz zəhərli təsirini itirmir. Bitkinin toksiki təsiri o qədər də güclü deyil, xoşagəlməyən iyə malik olduğu üçün heyvanlar onu yeməkdən çəkinir.

Botaniki xarakteristikası

redaktə

İkiillik bitkidir, birinci il rozet, uzunsov-yumurtaşəkilli, çoxdişcikli və ya girintili-çıxıntılı, lələkşəkilli-bölünmüş yarpaqlar əmələ gətirir. İkinci il 30-60 sm hündürlüyündə, düzqalxan, budaqlanan, silindrik, sıx, metal parıltılı tükcüklü gövdə əmələ gəlir. Gövdə yarpaqları növbəli, uzunsov-yumurtaşəkillidir. Qara bəngotunun yarpaqlarının yuxarı hissəsi tünd-yaşıl, aşağı hissəsi isə sarımtıl-yaşıl, ən yuxarı yarpaqları oturaq, yarpaq və digər orqanlarının xoşagəlməz iyi vardır. Çiçəkləri kifayət qədər iri, zirvədəki gövdə və budaqları qıvrımdır. Çiçək tacı beşdişli, geniş qıfabənzər, tutqun-sarı rəngli, tünd-bənövşəyi damarları vardır. Meyvələri ikiyuvalı, qutucuğu yumurta formalı, yarımşarşəkilli qapaqcığı vardır. Toxumları kiçik, böyrəkşəkilli, torşəkilli deşik-deşik, sarımtıl-qonur rənglidir. Təzə bitkilər, hətta quruduqdan sonra belə ağır bihuşedici iyə malikdir.

Mədən ətraflarında və alaq otları içərisində, küçələrdə, zibilli yerlərdə, yol, bağ, bostan ətraflarında yaşayır. Ukrayna və Rusiyanın Krasnodar vilayətində becərilir.

Toplanılması və qurudulması

redaktə

Bütün iri yarpaqları və çətiri çiçəkləmə fazasından (iyul-sentyabr) payıza qədər toplanılır. Xammal yalnız quru havada toplanılmalıdır. Yarpaqları şeh olduqda, digər göbələk xəstəliklərində, həşəratlarla çirkləndikdə, tozcuq və çirkli havada toplamaq olmaz. Təkrar toplanılma 2 ildən sonra mümkündür. Bütün orqanları zəhərli olduğundan bitkini topladıqda oldquqca ehtiyatlı olmaq lazımdır. Toplanılan xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə, çardaxda 1-2 sm qalınlığında 5-7 gün və ya 40-45ОС temperaturda, quruducu şkafda qurudulmalıdır. Quru xammal olan yarpaqlarının çıxım faizi 16-18% olur.

Özünəməxsus kəskin iyli və güclü rütubətalıcıdır.

Xammalı B siyahısında saxlanılır. Yarpaqları quru yerdə kisələrdə saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.

Tərkibi və təsiri

redaktə

Bütün orqanlarında tropan alkaloidləri vardır. Köklərində 0,15-0,18%, yarpaqlarında (0,04-0,16%) gövdəsində 0,02%, toxumlarında 0,10% alkaloidlər tapılmışdır. Alkaloidlərin əsasını hiosçiamin və skopolamin təşkil edir. Bundan başqa tərkibində - hiosçikipirin, tiosperin, hiospirezin adlı təbii qlükozidlər vardır. Toxumlarının tərkibində 34% piyli yağ tapılmışdır.

Spazmalotik, M-xolinoblakatr, analgetik və yerli keyləşdirici dərmanlar.

Bağırsağın, bronxların saya əzələlərini iflic edir, ödyolu, sidikyolu əzələlərini boşaldaraq spazmı aradan götürür. Vəzi şirəsinin ifrazını tormozlayaraq selik və mədə şirəsini azaldır.

Köklərindən hazırlanan yağ nevralgiya və nevritlərdə, yarpaqlarından hazırlanan “astmatol” və “astmatin” isə astma xəstəliyinin müalicəsində təyin edilir.

Titrimetrik metodla hiosçiamin alkaloidi 0,05%, nəmliyi 14%, ümumi kül 20%, 10% xlorid turşusunda həll olunmayan kül 10%, qaralmış hissəciklər 3%, digər hissəciklər 5%, 3 mm diametrində olan  hissəciklər 8%, üzvi maddələr 1%, mineral maddələr isə 1% -dən çox deyildir.

Qısa morfoloji xüsusiyyətləri

redaktə

Hündürlüyü 30–80 sm, gövdəsi düz, şaxəli, bəzən sadə, bar verən zaman yuxarı hissəsi qövsşəkilli əyilmiş, sıx yarpaqla örtülmüş yumşaq vəzicikli tüklü, xoşagəlməz iyi olan ikiillik ot bitkisidir. Aşağı yarpaqları saplaqlı, uzunsovyumurtaşəkilli, oyuqlu lələkvari bölümlüdür. Gövdə yarpaqları gövdə həcmini artırandır, demək olar ki, tədricən saplaqla birləşir, yumurtaşəkilli və ya uzunsovdur, girintili-çıxıntılı iri dişlidir, bəzən tam kənarlıdır, uzunluğu 4–15 (25) sm, eni 1,5–7 sm-dir. Çiçəkləri iridir, demək olar ki, oturaqdır,daha sonra (bar verən zaman) uzun, düz, yarpaqlamış və birtərəfli qıvrımlarda toplanmışdır. Tac çirkli açıq-sarı və ya çirkli sarı rəngdə olub, bənövşəyi rəngli sıx damar şəbəkəsi və ya bəzən onsuz olur, uzunluğu 25– 45 mm-dir. Toxumlarının uzunluğu 1–1,5 mm-dir, boz-qonur rəngdədir, böyrəkşəkilli və ya dəyirmi-böyrəkşəkillidir, dərin xırda deşikləri olan torvari-deşiklidir. Aprel-iyul aylarında çiçəkləyir, may-avqust aylarında meyvə verməyə başlayır

Azərbaycanda yayılması

redaktə

Azərbaycanın bütün rayonlarında — ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti

redaktə

Meşələrdə, bostanlarda, bağlarda və əkin sahələrində alaq kimi rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

redaktə

Zəhərlidir. Dərman bitkisidir.

İstinadlar

redaktə
  1. ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 179.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qara_batbat&oldid=7340806"
LOVE.AZ