Qara torpaq və ya çernozem — tərkibində yüksək miqdarda humus[1] (4%-dən 16%-ə qədər) və yüksək miqdarda fosfor və ammonyak birləşmələri olan qara rəngli torpaq.[2] Qara torpaq olduqca münbit torpaqdır və yüksək nəm saxlama qabiliyyəti səbəbi ilə kənd təsərrüfatı üçün yüksək məhsuldarlığa sahibdir. Çernozem Torpaq Resursları üçün Ümumdünya Referans Bazasının (WRB) istinad torpaq qruplarından biridir.
"Çernozem" adı rus dilində qara (чёрный) və torpaq (земля) sözlərindən gəlir.[3] Qara rəngli üzvi maddələrlə zəngin olan torpaq ilk dəfə 1883-cü ildə Rusiyanın Şərqi Ukrayna və Avropa ərazilərindəki hündür otlu çöllərində rus geoloqu Vasili Dokuçayev tərəfindən müəyyən edilmişdir. Çernozem Amazon yağış meşələrindəki oxşar xüsusiyyətli terra pretadan fərqlidir.
Qara torpaqlar dünyada təxminən 230 milyon hektar ərazini əhatə edir. Dünyada iki "qara torpaq qurşağı" var. Bunlardan birincisi Avrasiya çöllərini əhatə edir, ikincisi isə Kanadanın Manitobada əyalətindəki Kanada prerisindən başlayaraq ABŞ-ın Böyük Düzənlikləri boyu irəliləyir cənubda Kanzasa qədər uzanır. [4]
Qara torpaq təbəqəsinin qalınlığı Ukraynada,həmçinin ABŞ-ın şimalında və Kanadada bir neçə santimetrdən 1,5 metrə qədər dəyişə bilər.[5]
Əvvəllər Ukraynada bu torpaq üçün qara bazar mövcud idi. 1992-ci ildən 2020-ci ilə qədər Ukraynada kənd təsərrüfatı torpaqlarının satışı qanunsuz olsa da,[6] yük maşını ilə daşınan torpaq qanuni şəkildə ticarət oluna bilirdi. Mərkəzi Xarkovda yerləşən "Green Front" qeyri-hökumət təşkilatına görə 2011-ci ildə Ukraynada qanunsuz yolla əldə edilmiş qara torpaq qara bazarının təxminən 900 milyon ABŞ dolları həcmində olduğu düşünülür.[7]
These data challenge the common paradigm that chernozems are zonal soils with climate, parent material and bioturbation dominating soil formation, and introduce fire as a novel, important factor in the formation of these soils
It is now an open question as to whether Neolithic settlers did indeed prefer to grow crops where Chernozems occurred or if Neolithic burning formed the chernozemic soils.