. Love.az

Qarabulaq Goygol - Wikipedia - Love.az

Ana Səhifə - Qarabulaq Goygol
Bu adın digər istifadə formaları üçün bax: Qarabulaq.

Qarabulaq (əvvəlki adı: Martunaşen) — Azərbaycan Respublikasının Göygöl rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Martunaşen kəndi Qarabulaq kəndi adlandırılmışdır.[2]

Qarabulaq
Martunashen
40°27′52″ şm. e. 46°23′42″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.029 m
Saat qurşağı
  • UTC+04:00
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 246 nəf. (2009)
Xəritəni göstər/gizlə
Qarabulaq xəritədə
Qarabulaq
Qarabulaq

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Coğrafiyası
  • 4 Əhalisi
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər
  • 7 Həmçinin bax

Toponimikası

redaktə

Oykonim "gur sulu bulaq" mənasındadır.[3]

Tarixi

redaktə

XIX əsrdə kənd ərazisində ermənilər məskunlaşdırılmışdır. Buna baxmayaraq Rusiyanın Qafqaz canişinliyi tərəfindən Tiflisdə çap olunmuş (1918–1920) xəritədə kəndin adı Qarabulaq olaraq göstərilir. XX əsrin 50-ci illərində kəndin adı dəyişdirilib erməniləşdirilmiş, inqilabçı A. F. Myasnikovun gizli təxəllüsü (Martini) ilə əlaqədar olaraq Martunaşen adlandırılmışdır.[3] 29 dekabr 1992-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir.

Coğrafiyası

redaktə

Kənd dağətəyi ərazidə yerləşir və ərazisindən eyniadlı çay axır.

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 246 nəfər yaşayır.[4]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  3. ↑ 1 2 Qarabulaq (Göygöl) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 427. ISBN 978-9952-34-155-3.
  4. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti

Həmçinin bax

redaktə
Göygöl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qarabulaq_(Göygöl)&oldid=7852172"
LOVE.AZ