Qaradaş — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd.[3]
Qaradaş | |
---|---|
40°41′53″ şm. e. 45°29′26″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6029[2] |
Xəritəni göstər/gizlə
|
Yaşayış məntəqəsi kimi 1786-cı ildən məlumdur. Hələ qədimdən Xanbulaq dağında Armudluq adlı sahədən mis filizinin çıxarılmasına və torpağın qara rəngə çalmasına görə əraziyə Qaradaş deyirdilər. Sonralar mədənin yerləşdiyi dağ da Qaradaş adlandırılmışdı. Burada salınmış kənd də adını həmin dağın adından almışdır.[4]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Şahdağ silsiləsinin (Kiçik Qafqaz) şimal ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 309 | 158 | 151 |
2009[6] | ↗353 | ↗179 | ↗174 |
Kənddə Qaradaş kənd kitabxana filialı,[7] Qaradaş kənd klubu,[8] Qaradaş poçt şöbəsi (AZ6029)[9] fəaliyyət göstərir.
Kənddə Qaradaş kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[10][11]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Qaradaş kənd tibb məntəqəsi yerləşir.[12]