. Love.az

Qaramercek Qaracorekotu - Wikipedia - Love.az

Ana Səhifə - Qaramercek Qaracorekotu

Qaramərcək qaraçörəkotu (lat. Nigella nigellastrum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qaraçörəkotu cinsinə aid bitki növü.[1]

Qaramərcək qaraçörəkotu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Dəstə:
Qaymaqçiçəklilər
Fəsilə:
Qaymaqçiçəyikimilər
Yarımfəsilə:
Qaymaqçiçəyikimilər
Triba:
Nigelleae
Cins:
Qaraçörəkotu
Növ:
Qaramərcək qaraçörəkotu
Beynəlxalq elmi adı
  • Nigella nigellastrum Willk., 1880
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı

Mündəricat

  • 1 Botaniki təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Növün istifadə sahəsi
  • 5 Sinonimləri
    • 5.1 Homotipik sinonimləri
    • 5.2 Heterotipik sinonimləri
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Botaniki təsviri

redaktə

Birillik, hündürlüyü 30-60 sm olan, dik qalxan, çılpaq, yuxarıdan budaqlanan gövdəli bitkidir. Yarpaqları dar xəttvaripaylı ikiqat lələkvaribölümlüdür. Çiçəkləri tək, ağ və ya çəhrayımtıldır. Kasa yarpaqları 3-4 mm uzunluğunda, uzunsov, bəzən kənarları boyunca kirpikvari tüklüdür. Nektarlıqlar təxminən 5 mm uz.-da, tüklü, qısa dırnaqcıqlıdır; Üst dodaq çox qısadır, alt dodaq 2 dar paylara bölünmüşdür. Meyvə qatları 3, 5-6 mm uz., yuxarıya qədər birləşmiş, qısa buruncuqludur. Toxumlar yumurtavaridir.[2]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləmə və meyvələmə may-iyun aylarına təsadüf edir. Aşağı dağ qurşağında: meşə talalarında, kolluqlarda, topaq topalarında, əkinlərdə, otlu yamaclarda, quru çay yataqları boyunca yayılır. Mezofit, işıqsevəndir.

Yayılması

redaktə

Dünyada: Fransa, Yunanıstan, İran, İraq, Şimali Qafqaz, Fələstin, İspaniya, Cənubi Qafqaz, Türkiyə, Türkmənistan, Azərbaycanda: Böyük Qafqaz (Quba), Samur-Dəvəçi ovalığı, Kür-Araz ovalığı, Bozqır yaylası, Kür düzü, Kiçik Qafqazın mərkəzi (Ağdam), şimalı, cənubu (Füzuli, Zəngilan, Cəbrayıl).

Növün istifadə sahəsi

redaktə

Gözəl görünüşlü və parlaq çiçəklərinə görə dekorativ bitki kimi becərilə bilər.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Garidella nigellastrum L.

Heterotipik sinonimləri

redaktə
  • Garidella anethifolia Salisb.
  • Garidella nigelliformis St.-Lag.
  • Garidella nigelliformis St.-Lag.
  • Nigella garidella Spenn.

İstinadlar

redaktə
  1. ↑ "Plants of the World Online | Kew Science". Plants of the World Online (ingilis). 2020-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-24.
  2. ↑ Флора Азербайджана род: Nigella L. / Обр.: Р. Рзазаде. – Баку: АН. Азерб. ССР. т. 4. – 1953. – с. 37-38.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qaramərcək_qaraçörəkotu&oldid=7989398"
LOVE.AZ