. Love.az

Qaranuy - Wikipedia - Love.az

Ana Səhifə - Qaranuy

Qaranuy — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində keçmiş kənd. Hal-hazırda Şəmkir rayonunun Dəllər Cırdaxan kəndinin tərkibində yaşayış massividir. Dəllər Cırdaxan bələdiyyəsinə daxildir.

Qaranuy
40°55′10″ şm. e. 46°04′45″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəmkir rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 206 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Qaranuy xəritədə
Qaranuy
Qaranuy

Mündəricat

  • 1 Tarixi
  • 2 Coğrafiyası
  • 3 Təhsili
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 İstinadlar

Tarixi

redaktə

Azərbaycan toponimlərinı 17 oğuz etnonimi geniş əksini tapmışdır (əfşar, kayır, karıq, bayat, eymur, iva, karkin, çuvaldar, bayandur, bektili, dügər, qaranüylü, xələc, kəndli, karabotik, çepni və salur). Qaranuy, yaşayış məntəqəsi kimi hələ XVIII əsrin əvvəllərindən mövcud olmuşdur. 1926-ci ilə aid olan və SSRİ dövründə hazırlanmış xəritədə kənd Karaküylü adı ilə göstərilmişdir.

Qaranüy adının mənası

Qaranüy adındaki

"Qara"- Türk millətində qara rəng Güc, qüvvət, cəsarət,ciddi mövqe, qorxu salma kimi mənalar verir

"Nüy"- 2 menada işlənə bilər

1. Bölgə yer, yaşayış məskəni

2. Qədim Türk dilində "nüy" ox mənası verir

Nəticədə "Qaranüy" kəndinin adının menası ya "Güclü yer, bölgə" yada ki "Qaranlıqdan çıxan ox."

Coğrafiyası

redaktə

Qaranüy yaşayış massivi rayon mərkəzindən 14 kilometr, Dəllər dəmiryolu stansiyasından 7 kilometr şimalda, Gəncə — Qazax düzənliyində Kür çayının yaxınlığında olan ərazidə yerləşir.

Təhsili

redaktə

9 illik təhsil sisteminə aid olan T.Əliyev adına orta məktəb əhalinin xidmətindədir.

Əhalisi

redaktə

Əhalisi 870 nəfərdir.[mənbə göstərilməlidir]

İqtisadiyyatı

redaktə

Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

İstinadlar

redaktə
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qaranuy&oldid=8112150"
LOVE.AZ