. Love.az

Qasimusagi Obasi - Wikipedia - Love.az

Ana Səhifə - Qasimusagi Obasi

Qasımuşağı obası — Zəngəzur mahalının Hacısamlı nahiyəsinin yaşayış məntəqələrindən biri.

Tarixi

redaktə

Qasımuşağı obasının ərazisi 1747-ci ildən sonra Qaraçorlu mahalının, 1840-cı ildən sonra Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının, 1930-cu ildən sonra Laçın rayonunun tərkibində olmuşdur. Laçın rayonunun tərkibində olduğu dövr ərzində Kürdhacı sovetliyi adlandırılan[1] obanın tərkibində Ərikli, Yuxarı Qarasaqqal, Aşağı Qarasaqqal, Hacısamlı, Xaçınyalı kəndlərinin ərazisini əhatə etmişdir. 18 oktyabr 1991-ci il tarixindən Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra isə Kürdhacı kənd inzibati ərazi dairəsi[2] adı ilə adlandırılmışdır.

Coğrafi mövqeyinə görə Şəlvəçay, Piçənisçay, Muncuqluçay çaylarının axdığı dərin dərələr vasitəsilə dağ silsiləsi yaratmış Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşən oba ərazidə ən yüksək dağ zirvəsi olan Qırxqız yaylaqlarının (2825 m) ətəyində yerləşmişdir.

İstinadlar

redaktə
  1. ↑ Məmməd Hüseynov, Tarixdə qalan izlər. Bakı-2007. Səh.51-70.
  2. ↑ "İnzibati ərazi bölgüsü". 2012-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.

Həmçinin bax

redaktə
  Vikianbarda Qasımuşağı obası ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qasımuşağı_obası&oldid=7606162"
LOVE.AZ