Qastone Bin (it. Gastone Bean; 11 avqust 1936[1]) ― hücumçu mövqeyində çıxış etmiş İtaliya futbolçusu.
Qastone Bin | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 11 avqust 1936(1936-08-11)[1] (88 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 170 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 70 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
San Kantsian d'İzontso kommunasında böyüyən[2] Bin gənc yaşlarında "Milan" klubunun düşərgəsinə qatıldı.[3] Seriya C-nın 1955–56 mövsümündə o, icarə əsasında "Pyaçentsa"ya keçdi[4] və 21 oyuna 23 qol vura bildi.
14 oktyabr 1956-cı ildə "Milan"da debüt etdi. Onun vurduğu 17 qol "Milan" klubunun 1956-57 mövsümündəki qələbəsinə böyük töhfə verdi. Mövsümün dördüncü ən yaxşı bombardiri oldu,[5] "Il calcio e il ciclismo illustrato" adlı italyan qəzeti onu 1957-ci ilin "sevimli çempionu" seçdi.[6] Karlo Qalli ilə birlikdə onlar "Roma" klubuna transfer olunan Qunnar Nordalın işini davam etdirdilər.[2]
Dörd mövsümdə 39 qol vurmasına baxmayaraq, 1960-cı ildə "Cenoa" klubuna keçdi və Eddi Firmani ilə orada hücum tandemini qurdu. 2 aprel 1961-ci ildə Bin "Novara"nın qapısına 4 qol vurdu, lakin "qrifonlar" cəzalı qaldıqları üçün yüksək liqaya vəsiqə qazana bilmədilər.[3] Bu ancaq 1961–62 mövsümündə baş verdi ki, klub 64 qol sayı ilə və ikinci yeri tutan "Napoli"ni 11 xal qabaqladı. Sol vinger mövqeyində çıxış edən Bin 20 qol vurdu.[3] O, "Cenoa"da dörd mövsüm keçirtdi,[3] 1964-cü ildə Alp Kuboku və 1963-cü ildə Dostluq Kubokunun qazanılmasına töhfə verdi.
Seriya B-də çıxış edən "Napoli"yə keçidindən sonra o, növbəti mövsüm klubla birgə üst liqaya qayıtdı.
O, karyerasını Neapolda başa vurdu və "Bellariya İcea Marina" klubunda oyunçu-məşqçi qismində işə başladı.
İtaliya millisindən 1958 FİFA Dünya Kuboku turnirin seçmə mərhələsi oyunlarına dəvət almışdır. Ümumilikdə millidə 4 oyun keçirtdi.[7]
Oyunçu karyerasını bitirdikdən sonra iyirmi ili aşağı liqa klublarında ("Bellariya İcea", "Ravenna", "Kattolika", "Lekko", "Benevento", "Barletta", "Kazertana", "Kaveze" və "Fazano" kimi) məşqçi olaraq çalışmışdır.
"Milan"
"Cenoa"