Qastropab, ictimai ev (qısaldılmış şəkildə “pab”) mənasını verən İngilis terminidir. Tipik pab yeməyi olan qəlyənaltılar təqdim edən pabların ən sadə versiyasından bir tərtib yuxarı olub, keyfiyyətli yeməklərin satışında ixtisaslaşır[1] və eyni zamanda həm təklif olunan yemək və ham də içkilərə eyni cür diqqət edilir.[2] Bu yeni müəssisələrə verilən ad, 1991-ci ildə Devid Eyr və Mayk Belben Londonun tarixi Klerkenvill rayonunda The Eagle adlı pab açarkən icad edilmiş qastronomiya və pub sözlərinin birləşməsindən əmələ gəlmişdir. Onlar bu standarta uyğun yeməklər təqdim edən yaxşı pabların (pivəxanaların) olduğunu başa düşərək, nahar edənlərə təqdim olunan yeməyin keyfiyyətinə xüsusi önəm verdilər.
"Qastropab" termini ("qastronomiya" sözündən əmələ gəlib) 1991-ci ildə, Deyv Eyr və Maykl Belbenin Londonun Klerkevill rayonunda yerləşən "The Eagle" pabının sahibi olduqdan sonra yaranmışdır.[3][4] Ənənəvi olaraq Britaniya pabları sırf içki yeri olduqlarından yeməyə o qədər də önəm vermirdilər.[5]
Qastropabların sayının artması Britaniya yemək və pab mədəniyyətinə təsir etmişdir.[4][6] Bu gün o, özündə steyk, ətli və müxtəlif piroqlar, qızardılmış kartofla balıq, püre ilə sosis, qızardılmış ət, pendir-çörək, kökələr kimi britaniya yeməkləri təklif edir. Bundan əlavə, indi hamburger, çipsi, lazanya, çili kon karne kimi yeməklər də təklif olunur.
2012-ci ilin avqustunda qastropab sözü Merriam Webster's Collegiate Dictionary lüğətinə əlavə olunmuşdur.[7]
1984-cü ildə Britaniya Kolumbiyasında, (Kanada) Spinnakers Brew Pub qastropabı açılmışdır.[8]
Spinnakers rengarəng mətbəx təklif edirdi və Eat jurnalından Cozef Bkeykin yazdığına görə bu dünyada ilk qastropab idi.[9]
1990-larda və 2000-ci illərin əvvəllərində qastropablar Birləşmis Krallıqda və ABŞ-də populyarlıq qazanmağa başladılar.[10]
Qastropablarda gözəl, rahat atmosfer (alm. Gemütlichkeit) yaratmağa çalışırlar, böyük restoranlarda olduğu kimi yeməklərin keyfiyyəti və hazırlanmasına nəzarətə çox böyük önəm verilir. Burada restoranlardakı kimi keyfiyyətli, zövqlü yemək, yaxşı pivə və şərab (şərab xəritəsi olur) sifariş etmək olar.
Qastropablarda fransız pivə restoranları (brasserie) və ya yapon izakayaları ilə müəyyən oxşarlığı qeyd etmək olar. Marks & Spencer kimi bir çox ictimai iaşə şəbəkələri öz "qastropab" adlanan mağazalarında hazır yeməklər (TV Dinner) təklif edirlər.