![]() |
Bu məqalə Qaytarma rəqsi haqqındadır. Digər mənalar üçün Qaytarma (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Qaytarma (krımtat. Qaytarma) — Krım tatarlarının milli rəqsi. O, təbiət dövriyyəsinin sonsuz hərəkətini simvolizə edir[1] və toylarda və bayramlarda ifa olunur.[2] Krım tatarlardan yanaşı bu rəqsinin müxtəlif növləri həmçinin qırımçaqlarda, kəraimlərdə, urumlarda və Azovyanı yunanlarda var.[3][4][5][6]
Bəzi mənbələrdə qaytarmanı qadınlarla kişilərin birlikdə rəqs etdiyi yazılır: kişilər əllərini yumruq şəklində tutub sıçrayışlı hərəkət etməli, qadınlar isə əllərini dairəvi şəkildə çevirərək hamar hərəkət etməli.[7][8] Başqa mənbələrdə isə onun sadəcə qadınlar tərəfindən və ya qadınlar tərəfindən kişilərdən ayrı ifa olunduğu yazılır.[8][9]
Araşdırmaçı A.V. Boqorodun fikrinə görə, qaytarma rəqsinin mənşəyi dərviş rəqsindən gəlir.[10] Başqa fikrinə görə, o Krıma səfərdlərlə birlikdə, onların 1492-ci ildəki Pireney yarımadasıdan qovulmasından sonra gəlib. Onlardan bu rəqsi Krım qaraçaları alıb. Həmçinin yazılır ki, rəqsin ilk qeydi 1793-cü ilə aiddir.[11][12]
1925-ci ilin yayında Üsein Bodaninskiy, Osman Aqçoraqlı və Asan Refatov Krımın mərkəzi, çöl və şərqi bölgələrin 55 yaşayış məntəqələrində keçirtdiyi ekspedisiyasının nəticəsində rəqsin 25 növü yazdırılıb.[13]
1930-cu illərdə rəssam Ennan Alimov Qaytarma oynağan qız (krımtat. Qaytarma oynayan qız) adlı rəsmi çəkib.[14]
1939-cu ildə Qaytarma adlı rəqs qrupu yaradılıb.[15]
Ahtem Seitablayevin 2013-cü ilin Qaytarma filmi qaytarma rəsinin ifası ilə başlayır.[16]
2015-ci ildə Ukrpoşta «Qaytarma» rəqsi adlı poçt markasını buraxıb.[17]
2016 Avroviziya Mahnı Müsabiqəsinin qalib 1944 mahnısının klipində Mavile Yaqyayeva qaytarma və tem tem əsasında bir rəqsi ifa edirdi.[18][19]