. Love.az

Qaziqurdali - Wikipedia - Love.az

Ana Səhifə - Qaziqurdali

Qazıqurdalı — Azərbaycan Respublikasının Bərdə rayonunun Qaradəmirçi kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bərdə rayonunun Qaradəmirçi kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qazıqurdalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[2]

Qazıqurdalı
40°21′ şm. e. 47°09′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 68 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Qazıqurdalı xəritədə
Qazıqurdalı
Qazıqurdalı

Kəndin adı Şərqi Zəngəzurda məskunlaşmış Qaramanlı türk mənşəli Qazıqurdalı tayfasının adı ilə bağlıdır. Qaramanlı türk mənşəli Alaçadırlı və Qazıqurdalı tayfaları indiki Laçın rayonunun Qazıdərə bölgəsində yaylaqlayır, qışda Aranda- Bərdədə yataq salırdılar. Qazıqurdalı camaatının Bərdədə qalan hissəsi öncə Bərdənin indiki Alaçadırlı kəndi ilə üzbəüz oba salıblar. Daha sonra həmin camaat indiki məntəqəyə köçüb.[mənbə göstərilməlidir]

Mündəricat

  • 1 Əhalisi
    • 1.1 Tanınmışları
  • 2 İstinadlar
  • 3 Həmçinin bax

Əhalisi

redaktə

1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[3] İnqilabaqədərki sənədlərdə Qazı Qurdəli kimi qeyd edilir. Bu adda Laçın rayonunda bir icmaya daxil olan iki yaşayış məntəqəsi olmuşdur. Yerli məlumata görə, həmin kəndlərin adları onların əsasını qoymuş Qarabağ bəylərindən Qazı və Qurdəli (Qurd Alı) adlı iki qardaşın adı ilə əlaqədardır. [mənbə göstərilməlidir]

Tanınmışları

redaktə
  • Taleh Şahsuvarlı — yazıçı, jurnalist, QHT sədri.
  • Sərdar Əvəzoğlu (1959–2021) Xanəndə, Azərbaycan Respublikasının "Fəxri Mədəniyyət İşçisi", Dünya Azərbaycanlıları Konqresinin üzvü, Neftçi ansamblının solisti, Qarabağ Qazisi

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
  3. ↑ Кавказский календарь на 1856 год (rus). Tiflis: Tipografiya kantselyarii Ye.I.V. na Kavkaze, kazenny dom. 1856. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-16.

Həmçinin bax

redaktə
Bərdə rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qazıqurdalı&oldid=8143586"
LOVE.AZ