. Love.az

Qazi Gumustigin - Wikipedia - Love.az

Ana Səhifə - Qazi Gumustigin
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur.
Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. (fevral 2023)

Qazi Gümüştigin və ya Məlik Qazi Gümüştigin (ö. 1104) — Danışməndlilər sülaləsindən olan ikinci hökmdar.

Qazi Gümüştigin
Əmir
Məlik
Qazi
1084 – 1104
ƏvvəlkiDanişmənd Qazi
SonrakıMəlik Qazi
Şəxsi məlumatlar
Vəfat tarixi 1104
Vəfat yeri
  • Sivas
Atası Danişmənd qazi
Uşağı
  • Məlik qazi

Həyatı

redaktə

Onun atası Danışmənd Qazi Malazgird döyüşündən sonra Anadolunun mərkəz-şərqində yerləşən Danışməndlilər dövlətinin əsasını qoymuşdur. Danışmənd Qazi 1084-cü ildə vəfat etdikdən sonra oğlu Qazi Gümüştigin onu hakimiyyətdə əvəz etmişdir.

Birinci Səlib yürüşü zamanı Qazi Gümüştiginin torpaqları səlibçilərin birbaşa yürüş yolu üzərində yerləşirdi. 1097-ci ildə Dorileon döyüşündə məğlub olsa da, 1100-cü ildə Antioxiyalı I Bohemondu ələ keçirməklə uğur qazandı. Bundan sonra da yürüşünü davam etdirərək, torpaqlarını cənub yönünə doğru genişləndirdi və Malatyanı 1103-cü ildə Malatya döyüşündən sonra ələ keçirdi.

1104-cü ildə ölümündən sonra yerinə oğlu Əmir Qazi taxta keçmişdir.[1]

Populyar mədəniyyətdə

redaktə

Qazi Gümüştiginin obrazı Türkiyə televiziya serialı olan "Diriliş: Ərtoğrul"da Mehmet Polad tərəfindən "Gümüştigin bəy" adlandırması ilə canlandırılmışdır.[2]

İstinadlar

redaktə
  1. ↑ "Gümüştekin Gazi kimdir, nasıl ölmüştür?". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-23.
  2. ↑ "Gümüştekin Gazi kimdir, nasıl ölmüştür?". Milliyet (türk). 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-09.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qazi_Gümüştigin&oldid=6909310"
LOVE.AZ