. Love.az

Qazli Su - Wikipedia - Love.az

Ana Səhifə - Qazli Su

Qazlı su — mineral sərinləşdirici içki və ya karbon qazı ilə doymuş adi su.

Qazlı sudan çıxan qaz qabarcıqları

Mündəricat

  • 1 Növləri
  • 2 Tarixi
  • 3 Nəhəng istehsalçılar
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Növləri

redaktə

QOST 28188-2014 uyğun olaraq karbon dioksid ilə doyma baxımından üç növ karbonlu su var:

  • karbon dioksid səviyyəsində 0,2% -dən 0,3% -ə qədər az qazlı;
  • orta qazlı — 0,3-0,4 %;
  • çox qazlı — 0,4 %-dən çox.

Tarixi

redaktə
 
Qazlı su istehsal edən sovet avtomatı, Sankt-Peterburq su muzeyindəki nümunə

Təbii qazlı su qədim dövrlərdən bəri tanınır və dərman vasitələri kimi istifadə olunur. Hippokrat öz əsərinin bir bütöv fəslini suya həsr etmiş və suyu xəstənin yalnız içməsi üçün deyil, onun içində üzməsi üçün də olduğunu söyləmişdir. XVIII əsrdə mənbələrdən alınan mineral su butulkalarda dünyaya yayılmağa başlanmışdır. Ancaq çox bahalı idi və tez xarab olurdu. Buna görə də sonradan suyun süni şəkildə qazlaşdırmasına cəhdlər edilmişdir. Qazlı suyu ilk dəfə 1767-ci ildə ingilis kimyaçısı Cozef Pristli yaratmışdır.

Nəhəng istehsalçılar

redaktə
  • Dr. Pepper Snapple Group (ABŞ)
  • PepsiCo, Incorporated (ABŞ)
  • The Coca-Cola Company (ABŞ)

Həmçinin bax

redaktə
  • Mineral su

Xarici keçidlər

redaktə
  Vikianbarda Qazlı su ilə əlaqəli mediafayllar var.
  • The Priestley Society
  • Priestley's paper Impregnating Water with Fixed Air 1772
  • Interview with one of New York City's last seltzer delivery men
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qazlı_su&oldid=7831231"
LOVE.AZ