Qrimm (ing. Grimm) — Stefen Karpenter və Cim Kouf & Devid Qrinvalt tərəfindən yaradılan və NBC üçün Universal Televiziya tərəfindən istehsal olunan Amerikan fantaziya polis kriminal dram televiziya serialıdır. Serial, 123 seria və altı mövsümdən ibarət olmaqla 28 oktyabr 2011 – 31 mart 2017 tarixlərində yayımlandı.[1] Serial Portland qətl detektivi Nikolas Burkartın insanlıq və Wesen adlanan mifoloji varlıqlar arasındakı tarazlığı qoruyan və sonuncu nümayəndə olan Qrimm olduğunu öyrənməsindən sonra baş verən hadisələrdən bəhs edir.
Qrimm | |
---|---|
ing. Grimm | |
![]() | |
Janr |
|
Əsaslanır | Qrimm qardaşları haqqında hekayə |
Prodüser |
|
Yaradıcısı |
|
Rollarda |
|
Bəstəkar | Riçard Marvin |
İstehsalçı ölkə |
![]() |
İl | 2011 |
Studiya |
|
Dil | İngiliscə |
Növü | Teleserial |
Mövsüm sayı | 6 |
Seriya sayı | 123 |
Seriya vaxtı | 43 dəqiqə |
Davametmə müddəti | 28 oktyabr 2011 – 31 mart 2017 |
Telekanal | NBC |
IMDb | ID1830617 |
Format | 1080i (HDTV) |
nbc.com/grimm |
Qrimm əvvəlcə CBS üçün hazırlanmışdı, lakin yazıçıların tətili səbəbiylə planlar ləğv edildi. 2011-ci ilin yanvarında NBC serialı aldı. Serial Qrimm qardaşları əsasında olan Qrimm nağıllarda-dan eləcə də digər mənbələrdən ilhamlanaraq qaranlıq polis detektiv janrlı kimi təsvir edilmişdir.[2] Serial əvvəlcə tənqidçilər tərəfindən qarışıq rəylər alsada davam etdiyi müddət ərzində rəylər müsbətə doğru dəyişmişdir. Qrimm-in altıncı və son mövsümü 6 yanvar 2017-ci ildə yayımlandı və 31 mart 2017-də başa çatdı.
Portlend Polis İdarəsinin Cinayət müstəntiqi Nik Burkart, insanlar və Wesen kimi tanınan (Wesen, almanca varlıq və ya məxluq sözcüsüdür) mifoloji varlıqlar arasında balansı qorumada and içmiş olan Qrimm nəslindən olduğunu öyrənir. Seriya boyunca, Wesen dostu Monro və həmkarı detektiv Hank Qriffinin köməyi ilə bir sıra təhlükəli varlıqlara qarşı mübarizə aparmalıdır.[3]
Qara Pəncə və Hadrian Divarı, serialda dəfələrlə adı çəkilən iki qarşı qrupdur; bu varlıqlara aid olan bir çox obrazlar (wesen) qruplarına aiddir.
Açılış: "Bir vaxtlar bu qədər qəribə bir həyat yaşayan bir insan var idi ki, mütləq həqiqət olmalı idi. Yalnız başqasının edə bilməyəcəyini — içindəki qaranlığı, içindəki həqiqi canavarı o görə bilər və yalnız o dayandıra bilərdi. Bu onun çağırışıdır. Bu onun vəzifəsidir. Bu, Qrimm-in həyatıdır."