. Love.az

Qriqori Yegizarov - Wikipedia - Love.az

Ana Səhifə - Qriqori Yegizarov

Qriqori Sarkisoviç Yegizarov (28 yanvar 1903, Quşçu, Yelizavetpol qəzası – 7 may 1967, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1947–1950).

Qriqori Yegizarov
Azərbaycan SSR avtomobil nəqliyyatı naziri
1 avqust 1947 – 5 may 1950
ƏvvəlkiƏləkbər Əliyev
SonrakıZiya Kurmakayev
Şəxsi məlumatlar
Doğum tarixi 28 yanvar 1903(1903-01-28)
Doğum yeri
  • Quşçu, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 7 may 1967(1967-05-07) (64 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1919–1967)
Hərbi xidmət
Döyüşlər
  • Böyük Vətən müharibəsi
Rütbəsi polkovnik-leytenant

Təltifləri "Lenin" ordeni "Qırmızı bayraq" ordeni — 1945 "Qırmızı bayraq" ordeni — 1945 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1945 "Qırmızı əmək bayrağı" ordeni — 1936 "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945 "Berlinin alınmasına görə" medalı — 1945

Həyatı

redaktə

Qriqori Sarkisoviç Yegizarov 1903-cü ildə hazırkı Daşkəsən rayonunda kəndli ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə fəhləliklə başlamış, 1919-cu ildə RK(b)P (Sov. İKP) üzvlüyünə qəbul edilmişdir. 1920-ci ildən XI Qırmızı Ordu sıralarında, əlahiddə üsyançı polkun tərkibində xidmət etmişdir. Daha sonra o, bir sıra partiya və təsərrüfat vəzifələrində işləmişdir. Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur.[1]

Müharibədən sonrakı illərdə Qriqori Yegizarov Azərbaycan SSR avtomobil nəqliyyatı naziri, meşə sənayesi nazirinin, yerli sənaye nazirinin və məişət xidməti nazirinin müavini vəzifələrində çalışmışdır.İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuş, "Lenin", "Qırmızı bayraq", "Qırmızı əmək bayrağı", 1-ci dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif edilmişdir.[1]

Qriqori Yegizarov uzun sürən ağır xəstəlikdən sonra 1967-ci ildə vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Г. С. Јеҝизаров // Коммунист. № 106 (13496). 9 мај 1967-ҹи ил. С. 4.

Xarici keçidlər

redaktə
  • "Егиазаров Георгий Саркисович" (rus). Память народа. İstifadə tarixi: 13 sentyabr 2022.
  • "Егиазаров Григорий Саркисович" (rus). Подвиг народа. İstifadə tarixi: 13 sentyabr 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qriqori_Yegizarov&oldid=7444629"
LOVE.AZ