Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Əhmədov Qurban Müzamiddin oğlu (20 iyun 1960, Katex, Balakən rayonu) — fizika və riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu, aparıcı elmi işçi, dosent.
Qurban Əhmədov | |
---|---|
Qurban Müzamiddin oğlu Əhmədov | |
Doğum tarixi | (64 yaş) |
Doğum yeri | Katex, Balakən rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | fizika |
Elmi dərəcələri | fizika və riyaziyyat üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | AMEA Fizika İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Qurban Əhmədov 20 iyun 1960-cı il Azərbacan Respublikası Balakən rayonu Katex kəndində anadan olmuşdur. 1977-ci ildə Katex orta məktəbini qızıl medalla, 1982-ci ildə isə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1985-ci ildən AMEA Fizika İnstitutunda fəaliyyətə başlamışdır.
1985–1989-cu illərdə Fizika İnstitutunun aspiranturasında təhsil almışdır. 1992-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2013-cü ildən aparıcı elmi işçi vəzifəsində işləyir. İşlədiyi müddətdə o, laboratoriyada Bi2Te3 – Bi2Se3 nazik təbəqələrinin alınması və onların tədqiqi ilə məşğuldur. Əhmədovun aldığı nazik təbəqələr termofotovoltaik çeviricilər, infraqırmızı sensorlar timsalında praktik əhəmiyyət kəsb edir.
Fizika İnstitutunda çalışdığı müddət ərzində 92 məqalə nəşr etdirmiş, 5 patent — ixtira alınmışdır. 6 kitab müəllifidir. Məqalələr dərc olunan beynəlxalq jurnallar sırasında nüfuzlu "Физика и техника полупроводников", "Неорганические материалы", "American Journal of Physics and Applications", "International Journal of Materials Science and Applications", "American Journal of Energy Engineering" jurnalları vardır.
Ailəlidir. 2 övladı və 2 nəvəsi var.