Quruluş: Osman (türk. Kuruluş Osman) — ATV-də yayımlanan tarixi türk serialı. Serial 20 noyabr 2019-cu ildə başlayıb və davam edir. "Quruluş Osman" serialı,"Diriliş Ərtoğrul" serialının davam serialıdır.
Quruluş: Osman | |
---|---|
türk. Kuruluş Osman | |
![]() Serialın rəsmi loqotipi | |
Janr | Tarixi |
Əsaslanır | Osman Qazinin həyatı |
Rejissor |
Əhməd Yılmaz Fəthi Bayram Mətin Günay |
Prodüser | Mehmet Bozdağ |
Ssenarist |
Mehmet Bozdağ Atilla Engin Aslı Zeynəb Peker Bozdağ Ozan Bodur |
Rollarda | |
Yaş reytinqi | 7+ |
Şüar | Artıq dövlət olma vaxtıdır! (Türkcə: Gayrı Devlet olma vaktidir!) |
Bəstəkar |
Alpay Göltəkin Zeynəb Alasya Caner Özkan |
İstehsalçı ölkə |
![]() |
İl | 2019 |
Dil | türkcə |
İlk çıxış tarixi | 20 noyabr 2019 |
Rəng | Rəngli |
Seriya vaxtı | 120 dəq. |
Davametmə müddəti | 2019–h.h. |
Telekanal | ATV |
IMDb | ID11093718 |
Əvvəlki | Diriliş Ərtoğrul |
atv.com.tr/kurulus-osman | |
![]() |
Serial Osmanlı İmperiyasının qurucusu və ilk hökmdarı I Osmanın (Osman Qazi / Osman bəy) həyatını anladır.1 seriya 120 dəqiqə davam edir.
Serial ilk öncə Diriliş: Osman adlandırılacaqdı. İndi də, Türkiyədə insanlar öz aralarında danışanda serialı bəzən "Diriliş Osman" adlandırır. Ayrıca, pakistanlılar və bəzi digər xalqlar bu serialı "Osman Qazi" (ing. Osman Ghazi) adlandırır. İngilislər isə serialı həm "Establishment: Osman" (mənaca Quruluş: Osman), həm də "The Ottoman" adlandırır (Ottoman — Osman adının avropalaşdırılmış variantıdır.)