![]() |
Bu məqalə Qusar şəhəri haqqındadır. Rayon üçün Qusar rayonu səhifəsinə baxın. |
Qusar (ləzg. КцIар)— Azərbaycanın şimalında şəhər, Qusar rayonun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.[2] Böyük Qafqaz dağlarının ətəyində, Qusar çayı üzərində yerləşir.
Şəhər | |
Qusar | |
---|---|
![]() | |
41°25′19″ şm. e. 48°25′17″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Qusar rayonu |
İcra başçısı | Məmmədxanov Sahir |
Tarixi və coğrafiyası | |
Yaşayış məntəqəsi statuslu | 1938-ci ildən |
Mərkəzin hündürlüyü | 680 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 21 341[1] nəfər (2023) |
Milli tərkibi | azərbaycanlılar, ləzgilər və b. |
Dini tərkibi | müsəlmanlar |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 2338 |
Poçt indeksi | AZ 3800 |
Nəqliyyat kodu | 38 |
Digər | |
qusar-ih.gov.az | |
![]() |
Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük şəhər və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə şəhər.
Şəhərin əhalisi 21 341 nəfər, ümumi rayonn əhalisi 101 687 nəfərdir.[3]
Bakı şəhərindən məsafəsi 180 km-dir.
İndiki "Qusar" toponimi əvəllər “Ksar” (Ксар), daha sonra isə “Ktsar”(КцIар) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir.[4]
1837–1839-cu illərdə Qusarın ərazisində[5][6] İmam Qazi Məhəmməd Xuluqvi və Qaçaq Əli Hilivi rəhbərliyi ilə rus çarına Qazavat elan edirlər.[7][8] Bölgəsinin bütün ləzgi soyları bu üsyanda iştirak etdi, ümumilə 12.000 mürid var idi.[5][6]
1920-ci ildə Qusarın ərazisində, Kuzun kəndində imam Mushab-Əli Kuzunvi rəhbərliyiylə Sovet işğalına qarşı yenidən üsyanlar baş verir. Üsyanın yatırılması zamanı bolşeviklər tərəfdən Kuzun kəndi və Qusarın daha bir neçə kənd yandırılmış və 400–500 kəndli qətlə yetirilmişdir.
Qusar mətbəxi Azərbaycanın ən tanınmış mətbəxlərindən biri olmaqla, çox zəngindir.
1932-ci ildə Qusar rayonunda, Azərbaycanda ilk ləzgi dilində nəşr olunan indiki "Qusar" adlı qəzet (keçmişdə "Sosializm tempi" və "Qızıl Qusar") nəşrə başlamışdır.[9]
Qusarda soyqırım abidəsi 1918-ci ildə Qanlı dərədə həlak olan Qusar və Quba qəhrəmanlarının xatirəsinə ucaldılmışdır.
01.01.2023-cu il siyahıyaalınmasına əsasən Qusar şəhərində yaşayanların sayı 21 341 nəfər olmuşdur.[10]
Şəhər ləzgilərin kompakt yaşadığı ərazi olmasına baxmayaraq, son illərdə yeni nəsil arasında ləzgicə bilənlərin sayı azalıb, bununla bağlı UNESCO ləzgi dilinin yox olma təhlükəsinin olduğunu bildirib.[11]
2000 | 2005 | 2010 | 2015 | 2020 |
---|---|---|---|---|
98,72 % | 87,26 % | 48,25 % | 39,22 % | 28,79 % |
Son 10 ildə (2009-2019) ləzgicəni öz ana dili hesab edənlər 15% azalıb, eyni zamanda rusca danışanlar 15,2% faiz çoxalıb.
Etnik qrup | Ləzgi dili
ana dili saymayan[q 1] |
Ləzgi dili
sərbəst danışan[q 2] |
Azərbaycan dili
sərbəst danışan[q 3] |
Rus dili
sərbəst danışan[q 4] |
---|---|---|---|---|
ləzgi | 9.10% | 91.70% | 96.30% | 23.70% |
Etnik qrup | Ləzgi dili
ana dili saymayan[q 1] |
Ləzgi dili
sərbəst danışan[q 2] |
Azərbaycan dili
sərbəst danışan[q 3] |
Rus dili
sərbəst danışan[q 4] |
---|---|---|---|---|
ləzgi | 24.90% | 85.20% | 96.10% | 38.90% |
Etnik qrup | Sayı, 1970 sa.[18] | Nisbəti, 1970 sa.[18] |
---|---|---|
cəmi | 11 144 | 100.0 % |
ləzgi | 8 257 | 74.1 % |
azərbaycanlı | 1 413 | 12.7 % |
rus və ukraynalı | 973 | 8.7 % |
yəhudi | 313 | 2.8 % |
erməni | 65 | 0.6 % |
tatar | 28 | 0.3 % |
gürcü | 6 | 0.1 % |
avar | 1 | 0.1 % |
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Qusar rayonu şimaldan Rusiya Federasiyası ilə, şərqdən Xaçmaz rayonu ilə, cənubdan Quba rayonu ilə və qərbdən Qəbələ rayonu ilə sərhədlərə malikdir. Rayon mərkəzi dəniz səviyyəsindən 690–730 metr, ən ucqar Əlix kəndi 2400 metr yüksəklikdə yerləşir. Böyük Qafqaz dağlarının Bazardüzü (4466 m.) və Şahdağ (4243 m.) zirvələri, eləcə də 1998-ci ildə Heydər Əliyevin 75 illik yubileyi şərəfinə fəth edilmiş və ümummilli liderimizin adı verilmiş Heydər zirvəsi (3755 m.) Qusar rayonu ərazisindədir.
Sitat səhvi: " q " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="q"/>
teq tapılmadı