Rövşən Ədalət oğlu Əliyev (1955, Ağstafa rayonu – 12 mart 2002, Bakı) — Azərbaycan hüquqşünası, kriminalist, Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru (1992–1993).
Rövşən Əliyev | |
---|---|
![]() | |
21 iyul 1992 – 9 noyabr 1993 | |
Baş prokuror | İxtiyar Şirin Əli Ömərov |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Nizami Təhməzov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 12 mart 2002(2002-03-12) |
Vəfat yeri | |
Təhsili |
|
1972-ci ildə orta təhsilini Ağstafada başa vuran Rövşən elə həmin il Azərbaycan Dövlət Unverstitetinin Hüquq fakültəsinə qəbul olur və 1977-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib Bakı Şəhər Nəsimi Rayon Prokurorluğunda müstəntiq kimi əmək fəaliyyətinə başlayır. Sonralar Bakı şəhəri və respublika prokurorluqlarında prokuror-kriminalist, respublika prokurorluqlarında istintaq idarəsinin rəisinin və Bakı şəhər prokurorunun birinci müavini olmuşdur. 1992-ci ildə isə Azərbaycan Respublikası Baş Prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifəsinə təyin edilmişdir.[1] 9 noyabr 1993-cü ildə isə vəzifəsindən azad olunmuşdur.[2]
R. Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışmışdır. "Əməkdə igidliyə görə" medalı və "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir.
Rövşən Əliyev 2002-ci ilin 13 martında Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmişdir.[3] Bakıda dəfn olunub.