Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Rövşən Almuradlı (tam adı: Almuradlı Rövşən Əziz oğlu; 19 aprel 1954, Bakı – 2 aprel 2019, Sumqayıt) — azərbaycanlı rejissor, ssenarist, əsər müəllifi, aktyor.
Rövşən Almuradlı | |
---|---|
Rövşən Əziz oğlu Almuradlı | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Sumqayıt, Azərbaycan |
Vəfat səbəbi | ürək tutması |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Uşağı | Kamal Almuradlı |
Atası | Əziz Almuradlı |
Anası | Xavər Almuradlı[1] |
Fəaliyyəti | rejissor, ssenarist, aktyor |
Təhsili | |
IMDb | ID0022020 |
Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakı şəhərində anadan olmuşdur.
1972-1976-cı illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlamışdır. 1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirmiş, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçmişdir. Orada onun kurs rəhbəri SSRİ xalq artisti V.N.Pluçek idi.
1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaratmışdır.
O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Əkrəm Əylislinin "Vəzifə" tamaşasının quruluşçu rejissoru olmuşdur.
1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olmuşdur.
Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən Y.Səmədoğlunun "Qətl günü", V. Sergeyevin "Bağlı qapı arxasında iki nəfər" əsərlərinə quruluş vermişdir.
1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olmuşdur.
1990-cı ildə çəkilən "Azadlığa gedən yollar" filminin rejissorlarından biri olmuşdur.
1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil "İstiqlal" teatrının bədii rəhbəri olmuşdur.
1991-ci ildə M.Süleymanlının "Zirzəmi", 1992-ci ildə M.Dostoyevskinin "Şıltaq qız", 1992-ci ildə Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram Teatrında Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" kimi əsərlərin quruluşçu rejissoru olmuşdur.
1993-1995-illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminin quruluşçu rejissoru olmuşdur.
1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilmiş "Ümud" bədii filminin müəllifidir.
R.Almuradlı AzTV-nin "Sabah" yaradıcılıq birliyində aşağıdakı film tamaşalara quruluş vermişdir:
"Telefilm" yaradıcılıq birliyində aşağıdakı bədii televiziya filmlərinin quruluşçu rejissoru olmuşdur:
Film dastanlar:
Sənədli filmlər:
2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissoru olmuşdur.[2]
2005-ci ildə Akademik Milli Dram Teatrında İ.Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" əsərinin rejissoru olmuşdur.
Rövşən Almuradlı 2006-cı il oktyabr ayının 25-də Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilmişdir.
Bakı Bələdiyyə Teatrında 2010-cu ildə M. Süleymanlının “Bəylik dərsi” əsərinə, 2011-ci ildə Anarın “Qaravəlli” əsərinə, 2012-ci ildə M.F. Axundzadənin “Müraviyyə vəkilləri əhvalatı” əsərinə quruluş vermişdir.
2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş vermişdir.
2019-cu ilin 2 aprel tarixində səhər saatlarında şəhərin Sülh küçəsində Qubaya rejissoru olduğu "Əsgərlər unudulanda ölürlər" filminin təqdimatına getməyə hazırlaşan Rövşən Almuradlının vəziyyəti qəflətən pisləşir. Əraziyə dərhal təcili tibbi yardım çağırılır. Lakin o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişir[3].
Rövşən Almuradlı 2013-cü ildən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü olub. 2015-ci ildən VHP Siyasi Şurasının üzvü və Mədəniyyət Komissiyasının sədri olub.