. Love.az

Rovsen Qember - Wikipedia - Love.az

Ana Səhifə - Rovsen Qember
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Rövşən Qəmbər (3 iyun 1951, Qaryagin) — Dünya Azərbaycanlıları Məclisinin sədri, Azərbaycan Ana Torpaq Partiyasının sədri (1992–1995).

Rövşən Qəmbər
Azərbaycan Ana Torpaq Partiyasının sədri
15 avqust 1992 – 18 noyabr 1995
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 3 iyun 1951(1951-06-03) (73 yaş)
Doğum yeri
  • Qaryagin, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Müsavat Partiyası (1995–),
  • Azərbaycan Ana Torpaq Partiyası (1992–1995)
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

Rövşən Qəmbər 3 iyun 1951-ci ildə Karyagin rayonunda (indiki Füzuli rayonu) anadan olmuşdur.

1968-ci ildə Bakıdakı 62 nömrəli məktəbi əla qiymətlərlə bitirmişdir. 1968-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun kimya texnologiya fakültəsinə daxil olmuşdur.

1970–1974-cü illərdə Almaniyanın Drezden Universitetində kimya fakültəsində ali təhsil almışdır. 1975-ci ilin mayında SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Akademiyasında 3 illik təhsil almaqdan imtina edəndən sonra məcbur olub 1 il Sovet Ordusu sıralarında Ukraynada Ternopol şəhərində hərbi xidmət etmişdir.

1984-cü ildə dissertasiya müdafiə edib. 1986–1988-ci illərdə sosiologiya, psixologiya, siyasət və iqtisadiyyat sahəsində ikinci ali təhsil alıb.

Ayaz Mütəllibovun hakimiyyəti zamanında — 1990-cı ildə Azərbaycan parlamentinə seçkilərdə Qarabağdakı 305 nömrəli seçki dairəsindən namizəd olaraq təxminən 75% səs alsa da, nəticələrin saxtalaşdırılmasına görə parlamentə buraxılmayıb[mənbə göstərilməlidir].

Rövşən Qəmbər Xocalı soyqırımından təsirlənən ziyalılarla birlikdə 1992-ci ilin mart-avqust aylarında qurulmuş Azərbaycan Ana Torpaq Partiyasının (AATP) sədri olub. AATP 1992-ci ildə tələbə qəbulunun rüşvətsiz keçirilməsi üçün test üsulunun Azərbaycanda tətbiqinin təşəbbüskarlarından biridir.

1992-ci il may ayının 28-də Azərbaycan Ana Torpaq Partiyasında bu təşəbbüs müzakirə edilib və Azərbaycan Parlamentının sədri İsa Qəmbər yanında Problemin əhəmiyyəti və gerçəkləşməsinə qarşı olan "Qəbul Mafiası" tərəfindən gözlənilən təxribatları da nəzərə alaraq Təhsil İslahatları nəticəsində TEST Üsulunun Türkiyədən Azərbaycana gətirilməsinə tətbiq olunmasına qərar verilmişdir.

18 iyul 1992-ci ildə Firudin Cəlilovun rəhbərliyi altında və Azərbaycan Ana Torpaq partiyasının üzvlərinin fəal iştirakıyla təşkil olunan qəbul imtahanlarında ilk dəfə TEST Üsulu tətbiq edilərək təxminən on minlərlə namizəd arasından 2 min gənc Vətəndaşımız yaxşı nəticə göstərərək Türkiyə universitetlərində təhsil almaq hüququ qazanmışlar.

15 noyabr 1992-ci ildə Tələbə Qəbulu Üzrə Dövət Komissiyasının sədri Vurğun Əyyubun rəhbərliyi altında bütün Azərbaycanda eyni zamanda TEST Üsulu 100% ədalətli keçirilməsidir. Keçmiş sovetlər birliyi ölkələrində təsəvvür olunmayan belə bir islahatın Azərbaycanda tətbiq olunması bir illik hökumətin ən böyük uğuru hesab olunur.

18 noyabr 1995-ci ildə keçirilən Müsavat Partiyası qurultayında AATP-nin Müsavata birləşməsi ilə Müsavat Partiyasına qatılmışdır. Hazırda Almaniyada yaşayır.

Hazırda Almaniyada yaşayır.

Həmçinin bax

redaktə
  • Müsavat Partiyasının başqanı İsa Qəmbərin böyük qardaşıdır.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rövşən_Qəmbər&oldid=8046482"
LOVE.AZ